“Bura gələn özbəklərin çoxunu görürəm. Onlar mənim üçün gəliblər, çox xoşdur”.
Sportify.az-ın məlumatına görə, bunu “Sabah” komandasının futbolçusu Umarali Raxmonaliyev evdə İspaniya “Barselona”sına qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının əsas mərhələsinin V tur matçından əvvəl mətbuat konfransında deyib.
23 yaşlı yarımmüdafiəçi bildirib ki, 100 faizdən artıq performans göstərəcəklərini bildirib.
Qeyd edək ki, noyabrın 25-də Bakı Olimpiya Stadionunda təşkil olunacaq “Sabah” – “Barselona” görüşü saat 21:45-də başlanacaq.