top
Mehmet Topal: “Barselona” ilə oyun Azərbaycan futbolu üçün mühüm hadisədir” Idman.biz
Bu gün, 17:58
- ↺ +

Mehmet Topal: “Barselona” ilə oyun Azərbaycan futbolu üçün mühüm hadisədir”

"Sabah"ın dünyanın ən güclü klublarından biri olan "Barselona"ya qarşı keçirəcəyi oyun həm Azərbaycan futbolu, həm də klub üçün çox mühüm qarşılaşmadır".

Bu sözləri Türkiyə millisinin sabiq futbolçusu Mehmet Topal UEFA Çempionlar Liqasının beşinci turunda keçiriləcək "Sabah" - "Barselona" oyununu şərh edərkən deyib.

2010-2012-ci illərdə İspaniyada "Valensiya" klubunun formasını geyinən keçmiş yarımmüdafiəçi bildirib ki, hazırda yüksək formada olan və dünyanın ən populyar komandalarından biri sayılan "Barselona"ya qarşı mübarizə aparmaq "Sabah" üçün asan olmayacaq. Bununla belə, bu cür qarşılaşmaların futbolçulara özlərini beynəlxalq arenada göstərmək üçün böyük imkanlar yaratdığını vurğulayıb.

"Barselona" kimi güclü rəqibi dayandırmaq üçün "Sabah"ın bütün futbolçuları meydanda ikiqat güclə mübarizə aparmalı, xüsusilə qaçış məsafələrinə və rəqibin ulduz oyunçularının zərərsizləşdirilməsinə diqqət yetirməlidirlər. Yəqin ki, məşqçilər heyəti bu matç üçün fərqli taktiki planlar hazırlayıb", - deyə o AZƏRTAC-a açıqlamasında söyləyib.

Veteran futbolçu Azərbaycan futbolunu yaxından izlədiyini söyləyib. Mehmet Topal Azərbaycan klublarının Çempionlar Liqası səviyyəsində dünyanın aparıcı komandalarına qarşı çıxışını ölkə futbolu üçün böyük hadisə kimi qiymətləndirib. Onun fikrincə, düzgün planlaşdırma və hədəflərlə Azərbaycan futbolu daha yüksək səviyyələrə yüksələ bilər.

Mehmet Topal, həmçinin "Valensiya"da çıxış etdiyi dövrdə "Barselona" və "Real Madrid" kimi klubların diqqətini özünə cəlb etməsindən danışıb. O bildirib ki, həmin komandaların transfer siyahılarında yer almaq onu həm sevindirib, həm də motivasiya edib. Buna baxmayaraq, "Fənərbağça"ya keçid qərarını həmin dövrdə klubun yaşadığı çətin vəziyyət, eləcə də şəxsi münasibətləri və dostluqları nəzərə alaraq verdiyini vurğulayıb.

40 yaşlı mütəxəssis futbolçuluq dönəmində menecerlər vasitəsilə Azərbaycandan təkliflər aldığını qeyd edib: "Hətta "Valensiya"da oynadığım dövrdə azərbaycanlı dostum mənə çox kömək oldu. Hələ də onunla münasibətim var".

M.Topal karyerası ərzində Türkiyənin üç böyük klubu – "Qalatasaray", "Fənərbağça" və "Beşiktaş"da da çıxış edib. O, Türkiyə yığmasının heyətində 81 oyunda 2 qolla yadda qalıb.

Qeyd edək ki, UEFA Çempionlar Liqasının əsas mərhələsində dörd turdan sonra "Barselona" doqquz xalla turnir cədvəlinin beşinci, "Sabah" isə üç xalla 31-ci pilləsində qərarlaşıb. Noyabrın 25-də Bakı Olimpiya Stadionunda keçiriləcək "Sabah" - "Barselona" matçı saat 21:45-də start götürəcək.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Boks
Bu gün, 18:10

Boksçumuz ardıcıl üçüncü dəfə Avropa çempionu oldu

Voleybol
Bu gün, 18:10

“ORDU”dan qələbə

Futbol
Bu gün, 18:03

“Sabah” - “Barselona” oyununa görə bəzi marşrutların hərəkət sxemi dəyişdiriləcək

Basketbol
Bu gün, 18:02

“Siz bununla azarkeşləri aldadırsınız”

Boks
Bu gün, 17:58

Azərbaycan boksçusu ardıcıl üçüncü dəfə Avropa çempionu olub

Qarabağ FK
Bu gün, 17:46

Patrik Andrade: “Premyer Liqa tədricən inkişaf edir, amma komandamız çətin dövrdədir”

Digər
Bu gün, 17:45

Sterlinq: "Xoşunuza gəlmirsə, Amerikaya gəlməyin"

Futbol
Bu gün, 17:40

Liqada “saxta” oyun və ya komanda niyə meydandan çıxmaq istədi? - Olayın VİDEOsu

Futbol
Bu gün, 17:40

"Monza"nın hücumçusu nəhənglərin hədəfində

Futbol
Bu gün, 17:40

“Sabah”ın rəqibi “Vilyarreal”da ciddi itki: futbolçu əməliyyat olunacaq

Formula 1
Bu gün, 17:35

“Ferstappenin müqaviləsini uzatması “Red Bull”a sabitlik qazandırdı”

Futbol
Bu gün, 17:31

İspaniya mətbuatı ‘Barselona’nın ‘Sabah’la oynayacağı start heyətini açıqladı

Futbol
Bu gün, 17:30

Netanyahu hökuməti “Qalatasaray”dan UEFA-ya şikayət etdi - SƏBƏB

Futbol
Bu gün, 17:20

"Barnet"in hücumçusu zorlama ittihamları ilə əlaqədar həbs edilib

Futbol
Bu gün, 17:16

Rüfət Abdullazadə İsrail klubundakı gələcəyi ilə bağlı danışdı

Futbol
Bu gün, 17:02

Borussiya Seru Qirassini 2030-cu ilə qədər müqaviləni uzatmaq istəyir

Futbol
Bu gün, 17:01

Emre Belözoğlu “Fənərbağça”nın tarixinə düşməyə hazırlaşır

Futbol
Bu gün, 17:00

"Neftçi”yə qarşı xüsusi hazırlıq - Bu XƏBƏRİ QAÇIRMAYIN!

Qarabağ FK
Bu gün, 17:00

"Kəpəz"in legioneri Kennet Kalunqa: "Qarabağ"la oyunda bütün gücümüzü ortaya qoyduq"

Futbol
Bu gün, 16:56

Premyer Liqanın 13-cü turu: komandalar arası üzd-üz tarixi statistikalar

Futbol
Bu gün, 16:50

“Bernardo Silva nə vaxtsa “Benfika”nın prezidenti olacaq”

Futbol
Bu gün, 16:46

“Barselona” Bakıda Görməli Yerləri Video Hazırladı

Futbol
Bu gün, 16:40

Son qərar ərəfəsində Mərakeş Seneqalı CAS arbitri ilə qeyri-qanuni əlaqələrdə ittiham edib

Oxşar xəbərlər