top
Xaqan Əhməd Hikaru Nakamuranı məğlubiyyətindən danışdı: “Hikaru səhvlərə yol verdi” Idman.biz
16 iyun 2025, 12:18
- ↺ +

Xaqan Əhməd Hikaru Nakamuranı məğlubiyyətindən danışdı: “Hikaru səhvlərə yol verdi”

"Komandalar arasında dünya çempionatı mənim üçün çox unudulmaz anlarla yadda qaldı. Bir gün əvvəl dünya reytinqində ikinci olan Hikaru Nakamuraya qarşı oynayacağım məlum olanda bütün komanda həyəcanlanmağa başladı".

İdman.biz xəbər verir ki, bunu Azərbaycan şahmatçısı Xaqan Əhməd deyib.

O (rapid reytinq - 2290), Londonda komandalar arasında blits üzrə dünya çempionatında FIDE reytinqində ikinci olan Hikaru Nakamuraya (ABŞ, 2804) qalib gəldiyi partiyanı şərh edib. Əhməd blits üzrə dünya çempionatındakı çıxışı barədə Azərbaycan Şahmat Federasiyasının rəsmi saytına bildirib ki, amerikalı ilə mübarizə bir qədər həyəcanlı start götürüb: "Rəqib müəyyən səhvlərə yol verdi. Sonra Hikaru heç-heçə üçün vəziyyətdən çıxış yolu axtarmağa çalışdı. Oyunda müəyyən təzyiq hiss olunurdu. Etiraf edim ki, qələbə məni xoşbəxt etdi. Karyeramda belə güclü şahmatçı üzərində ilk qələbəm oldu. Ümid edirəm davamlı olar. Təəssüflər olsun ki, çıxış etdiyim "Türk Hava Yolları" komandası 1/8 finala vəsiqə qazana bilmədi".

O, Londonda birgə çıxış etdiyi komanda yoldaşlarına minnətdarlığını bildirib: "Kapitan Özgür bəyə və birgə çıxış etdiyim şahmatçılara təşəkkür etmək istəyirəm. Gənc şahmatçılardan formalaşan komandamızın nəticəsini yaxşı qiymətləndirirəm. Dünya çempionatında qazandığımız nəticələrlə yaxşı mənada səs saldıq. Nakamurayla oyundan sonra məni təbrik edən hər kəsə "çox sağ ol" demək istərdim. Londonda başqa komandanın heyətində çıxış edən azərbaycanlı şahmatçı Rauf Məmmədovu partiyanı izləyənlər arasında görmək xoş hisslər yaratdı. Nakamurayla partiya başa çatandan sonra məni ilk təbrik edən Rauf Məmmədov oldu. Ona görə də Azərbaycan çempionuna "çox sağ ol" demək istərdim".

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 10:00

"Kəpəz" futbolçularının mükafatlarını ödəmək üçün bankdan kredit götürməli olub

Futbol
Bu gün, 09:55

Brüno Jenezo Avropa kuboklarında Fransız məşqçilər arasında qələbə rekordunu yeniləyib

Futbol
Bu gün, 09:51

Keçmiş model, aktyor və qadın futbolçu Nevide Çiçek məşqçiliyə başladı

Futbol
Bu gün, 09:51

Qvardiola: “Gələcək 15‑20 ildə Messi kimi davamlı səviyyədə oynayan oyunçu görmürəm”

Futbol
Bu gün, 09:48

Hacıosmanoğlu: İsrail komandalarını Türkiyədə istəmirik, bu torpaqlarda oynaya bilməz

Futbol
Bu gün, 09:44

Premyer Liqanın 13-cü turu: Komandalar arası qarşılaşma statistikaları

Futbol
Bu gün, 09:40

Barselona futbolçusu Runi Bardqji ‘Counter‑Strike 2’ oynayaraq matçı zamanı diqqətsizlik göstərdi

Futbol
Bu gün, 09:27

“Sabah” futbolçusu Du Keyroş çempionlar liqası təcrübəsini və Braziliya millisində oynamaq arzusunu danışır

Futbol
Bu gün, 09:20

ABŞ Konqresi FİFA prezidentini və Arsene Vengeri Trampla əlaqələri ətrafında araşdırmaq üçün çağırış vərəqəsi göndərməyə hazırlaşır

Futbol
Bu gün, 09:19

UEFA reytinqi: Azərbaycan 24‑cü pillədə qoruyub, İsrail keçə bilmədi

Futbol
Bu gün, 09:10

Neftçi

Futbol
Bu gün, 09:08

Qari Nevill: 'Holand 18 ay ərzində 'Real Madrid'in futbolçusu olacaq'

Futbol
Bu gün, 09:00

İmişli Şəfa qarşısında, Neftçi Zirəyə meydan oxuyur

Futbol
Bu gün, 09:00

Bakıda Barselona qarşısında azarkeş sevgilisinə evlilik təklifi etdi

Futbol
Bu gün, 09:00

Neftçi “Zirə”ni qonaq olaraq qəbul edir

Futbol
Bu gün, 08:52

Puxaç: “Barselona qarşısında daha böyük hesabla məğlub ola bilərdik”

Futbol
Bu gün, 08:40

Lionel Messi sabiq komanda yoldaşının məzarı üçün Argentinaya yollanacaq

Futbol
Bu gün, 08:35

Mezzotero İtaliya milliyə dəvəti ala bilər

Futbol
Bu gün, 08:20

18 yaşlı İspaniyalı müdafiəçi Bakıda debut etdi

Futbol
Bu gün, 08:20

İmişli “Şəfa”ya qarşı 13-cü turda mübarizə

Futbol
Bu gün, 08:17

Barselona müdafiəçisi Baldenin Bakı zədəsi: növbəti matçı da buraxacaq

Futbol
Bu gün, 08:12

Arsen Venger ABŞ araşdırmasında ifadə verməyə çağırılacaq

Futbol
Bu gün, 08:00

Empoli yeni baş məşqçi Lorenzo Tonelli ilə anlaşdı

Futbol
Bu gün, 07:40

Sabah hücumçusu Coy‑Lens Mikels: “Barselona’ya 2‑3 qol vura bilərdik”

Oxşar xəbərlər