Azərbaycan şahmatçısı Eltac Səfərli Almaniyanın Münhen şəhərində keçirilən "International Whitsun" turnirində mükafatçı yerlərə şansını qoruyur.
İdman.biz xəbər verir ki, o, səkkizinci turda gürcü Nikoloz Petriaşvilini məğlub edib.
6,5 xal toplayan Səfərli əlavə göstəricilərə görə Momçil Petkov (Bolqarıstan) və Kirill Alekseyevi (Avstriya) geridə qoyaraq dördüncü yerdədir.
Şahmatçımız lider norveçli Elham Amardan yarım xal geri qalır.
İdman.biz