"Qarabağ" azarkeşlərinə səslənib.
Futbolxeber.az saytının məlumatına görə, sosial şəbəkə hesabı vasitəsi ilə edilən paylaşımda deyilir:
"Növbəti ev oyununda azarkeşlərimizi tribunada gözləyirik! Biletlərinizi iTicket.az-dan əldə edin, komandamızın yanında olun! Gücümüz birliyimizdir!".
Xatırladaq ki, Ağdam klubu Azərbaycan Premyer Liqasının 13-cü turunda "Azərsun Arena"da "Sumqayıt"la qarşılaşıacaq. Noyabrın 29-da keçiriləcək görüş 17:00-da start götürəcək.