"Mançester Yunayted", "Liverpul" və "Tottenhem" "Mançester Siti"yə qarşı maliyyə qaydalarının pozulması ilə bağlı eyni hüquq şirkətinə müraciət edib. "The Guardian"ın məlumatına görə, klubların iddialarının ümumi məbləği yüz milyonlarla funt sterlinq ola bilər. "Arsenal" isə bu iş üçün "HFS Kramer" hüquq şirkətinin xidmətlərindən istifadə edir.
"Tottenhem", "Mançester Yunayted" və "Liverpul" mümkün zərərin hesablanması üçün eyni analitikləri işə götürüb. Bununla belə, hər klub "Mançester Siti"yə qarşı ayrıca təzminat iddiası qaldıracaq. Klublar 2024-cü ilin noyabrında mümkün iddialar üzrə iddia müddətinin başa çatmasının qarşısını almaq üçün rəsmi bildirişlər göndəriblər.
Xatırıladaq ki, İngiltərə Premyer Liqası 2025-ci ilin sentyabrında "Mançester Siti"nin ona qarşı irəli sürülən 100-dən çox ittihamın böyük əksəriyyəti üzrə təqsirli bilindiyini açıqlayıb. Müstəqil komissiyanın qərarına əsasən, klub 2009-2018-ci illərdə saxta müqavilələr vasitəsilə gəlirlərini 900 milyon funt sterlinqdən çox süni şəkildə artırıb. Bu qərardan sonra dörd klub hüquqi mübarizəni sürətləndirib.