İspaniya La Liqasında noyabr ayının ən yaxşı məşqçisi adına namizədlər müyyənləşib.
Futbolxeber.az saytının məlumatına görə, siyahıda 3 mütəxəssisin adı yer alıb. Bunlar Hans-Diter Flik ("Barselona"), Joze Mourinyo ("Real") və Xose Albertodur ("Rasinq").
Qeyd edək ki, 13 turdan sonra "Barselona" 36 xalla La Liqada liderdir. "Real" ikinci, "Rasinq" isə yeddinci pillədə qərarlaşıb.