ABŞ Konqresinin Nümayəndələr Palatasının Hüquq Komitəsi FIFA-nın uğursuz "FIFA Forward Enterprise" (FFE) layihəsi ilə bağlı araşdırmanı aktiv mərhələyə keçirib.
"The Guardian"ın məlumatına görə, noyabrın 25-də FIFA-nın bir neçə hazırkı və sabiq yüksək vəzifəli əməkdaşına ifadə vermək üçün dəvət göndərilib. Demokratlar FIFA prezidenti Canni İnfantinonun dünya çempionatlarının kommersiya hüquqlarının bir hissəsini özəl investorlara satmaq planını və təşkilatın Donald Tramp administrasiyası ilə mümkün əlaqələrini araşdırmaq istəyirlər.
Könüllü dinləmələrin gələn həftədən başlanması, yanvarda isə İnfantino da daxil olmaqla şəxslərə rəsmi çağırışların göndərilməsi gözlənilir.
2026-cı ilin iyulunda təklif olunan layihəyə əsasən, FIFA turnirlərinin kommersiya hüquqlarını idarə edəcək şirkətin təxminən 20 faiz səhmi 4,2 milyard dollara investorlara satılmalı idi, lakin UEFA-nın başda olduğu kəskin tənqidlərdən sonra plan ləğv edildi.