Fransa millisinin və "Real"ın sabiq yarımmüdafiəçisi Zinəddin Zidan haqqında bioqrafik film çəkiləcək.
"La Provence" və "Le Parisien" nəşrlərinin məlumatına görə, çəkilişlər 2027-ci ilin yanvarında Marsel və ətraf ərazilərdə başlayacaq. İşçi adı "Un destin" ("Tale") olan film 1998-ci il dünya çempionunun fəhlə məhəllələrindəki uşaqlığından dünya futbolunun zirvəsinə yüksəlişinə qədər olan həyat yolunu əhatə edəcək.
Rejissor kürsüsündə Marseldə doğulmuş Əli Bugerabanın əyləşəcəyi gözlənilir. Zidan rolunu kimin canlandıracağı hələ məlum deyil və hazırda baş rol üçün kastinq keçirilir.