Avrokuboklarda həftənin oyunlarından sonra klubların UEFA reytinqində dəyişikliklər baş verib. Sport24.az xəbər verir ki, Azərbaycan təmsilçilərindən "Qarabağ" əvvəlki mövqeyini qoruyaraq 61-ci sırada qalıb. "Köhlən atlar"ın aktivində 36.250 əmsal var.
Digər təmsilçilərimiz isə geriləyib. UEFA Çempionlar Liqasında çıxış edən "Sabah" 14.000 əmsalla 137-ci pilləyə düşüb. "Zirə" 7.000 əmsalla 225-ci, "Neftçi" isə 5.500 əmsalla 270-ci sırada qərarlaşıb.
"Araz-Naxçıvan" 300-cü, "Sumqayıt" 301-ci, "Qəbələ" isə 302-ci pillədə yer alıb. Hər üç klubun aktivində 4.837 əmsal var.
Xatırladaq ki, "Sabah" noyabrın 25-də UEFA Çempionlar Liqasının Liqa mərhələsində "Barselona"ya 1:4 hesabı ilə uduzub