top
Xəzər İsayevə Ədalətli Oyun Karyerası nominasiyası üzrə diplom təqdim edilib Report.az
19 sentyabr 2025, 13:19
- ↺ +

Xəzər İsayevə "Ədalətli Oyun Karyerası" nominasiyası üzrə diplom təqdim edilib

Belçikanın Brüssel şəhərində Avropa Ədalətli Oyunlar Hərəkatının (EFPM) İcraiyyə Komitəsinin növbəti toplantısında Azərbaycan Ədalətli Oyunlar Komissiyasının (AzƏOK) sədri, eyni zamanda EFPM İcraiyyə Komitəsinin üzvü Xəzər İsayevə "Ədalətli Oyun Karyerası" nominasiyası üzrə diplom təqdim edilib.

"Report" xəbər verir ki, mükafat X.İsayeva idmanda ədalətli oyun prinsiplərinin təşviqi sahəsində uzunillik fəaliyyətinə, gənc nəslin bu dəyərlər ruhunda tərbiyəsinə verdiyi töhfələrə, eləcə də beynəlxalq fair play hərəkatında fəal iştirakı və təşəbbüskar mövqeyinə görə Beynəlxalq Ədalətli Oyunlar Komitəsinin (CIFP) fəxri prezidenti, professor Jeno Kamuti tərəfindən verilib.

İclasda həmçinin AzƏOK-un məsul katibi Aysel Sultanova da yer alıb.

Toplantıda EFPM-in gələcək inkişaf strategiyası, idarəetmə, maliyyə, beynəlxalq əlaqələr və kommunikasiya sahələrində əsas istiqamətlər üzrə müzakirələr aparılıb və 2025–2026-cı illəri əhatə edən fəaliyyət planı qəbul olunub.

Sentyabrın 16-da Brüssel Bələdiyyəsinin Qotik zalında keçirilən rəsmi mərasimdə Avropa Ədalətli Oyunlar Hərəkatı tərəfindən idmanda sülh, həmrəylik, hörmət və dözümlülük kimi dəyərlərin təbliğinə verdiyi töhfəyə görə Beynəlxalq Xüsusi Olimpiya təşkilatına 3-cü "Sülh naminə Fair Play" mükafatı təqdim olunub.

Avropa Ədalətli Oyunlar Hərəkatı mükafat Sülh naminə Fair Play Xəzər İsayev
Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Digər
Bu gün, 09:30

Zlatan İbrahimoviç “Qanqsterlər dünyası”nda

Futbol
Bu gün, 09:28

“Qalatasaray”ın matçı hansı kanalda? - TV AFİŞA

Futbol
Bu gün, 09:23

“Barselona” stadiondan hava limanına tələsəcək

Futbol
Bu gün, 09:20

"Çelsi"nin futbolçusu qarət olundu

Futbol
Bu gün, 09:10

Çempionlar Liqasında günün oyunları – YENİLƏNİR

Futbol
Bu gün, 09:08

İlk qolunu vurdu, qarət olundu

Futbol
Bu gün, 09:08

“Barselona”ya transferi baş tutmayan Laportdan diqqətçəkən açıqlama

Futbol
Bu gün, 09:01

UEFA Çempionlar Liqası: "Qalatasaray" bu gün "Aston Villa"nı qəbul edəcək

Futbol
Bu gün, 09:00

Almaniya klubları “Udineze”nin 18 yaşlı müdafiçisinə “elçi” düşüb

Futbol
Bu gün, 08:55

Şir axtarışı İngiltərə mətbuatında: “Qalatasaray”ın stadionuna yaxındır"

Futbol
Bu gün, 08:51

Yamal zədəli deyilmiş

Futbol
Bu gün, 08:40

Qış fasiləsində Neftçidən ayrılma planları yoxdur

Futbol
Bu gün, 08:17

Mbina: "Çempionlar Liqasında oynamaq uşaqlıq arzum idi, həyata keçəcəyini düşünməmişdim"

Futbol
Bu gün, 08:07

Afrika çempionunun taleyi bu gün həll olunur: CAS tarixi qərarını açıqlayacaq

Futbol
Bu gün, 08:00

“Barselona” qarşısında nə etməli?

Futbol
Bu gün, 07:50

"Napoli"nin aparıcı siması "Sabah"a qarşı oynamayacaq

Futbol
Bu gün, 07:40

"Marafon"a 3 xal qazandıran 3 qol - VİDEO

Futbol
Bu gün, 07:03

Manchester United qırmızı vərəqə qərarına apellyasiya verir

Futbol
Bu gün, 06:13

Bavariyada Musialanın gələcək planları və gizli görüşün detalları açıqlandı

Futbol
Bu gün, 05:07

Unai Emeri Qalatasaray’ın ən təhlükəli tərəfini açıqladı

Futbol
Bu gün, 04:14

Barselona futbolçusu Mirza Çatoviç əməliyyat olacaq

Futbol
Bu gün, 03:50

Barcelona ulduzları Bakıda oteldə yerləşdi

Futbol
Bu gün, 03:20

"Bursaspor" Toral Bayramova ehtiyac duymur - VİDEO

Futbol
Bu gün, 03:12

Vinisiusun PSJ-yə transferi ilə bağlı gözlənilməz açıqlama

Oxşar xəbərlər