Bu gün Almaniyanın Reyn-Rur regionunda start götürəcək Universiadada 12 mindən çox könüllü fəaliyyət göstərəcək.
İdman.biz xəbər verir ki, bu rəqəmləri yarışın təşkilatçıları açıqlayıb.
Könüllülük proqramının şüarı isə belədir: "Sənsiz oyunlar olmayacaq!"
Təşkilatçılar həmçinin xüsusi qayğıya ehtiyacı olan şəxsləri də könüllü fəaliyyətə cəlb ediblər.
Qeyd edək ki, Azərbaycan nümayəndə heyətinin də qatıldığı Universiada Almaniyanın altı şəhərində keçiriləcək.
İdman.biz