Azərbaycanlı idmançılar Almaniyanın Reyn-Rur bölgəsində keçirilən Universiadada mübarizəyə başlayıblar.
İdman.biz xəbər verir ki, bu gün bədii gimnastika, qılıncoynatma, badminton, stolüstü tennis, tennis və üzgüçülük üzrə yarışlar keçirilir.
Üzgüçülük proqramında Fatimə Alkərəmova, Əbdürəhman Rüstəmov və Ramil Vəlizadə 50 metr məsafəyə batterflay üsulu ilə yarışda yarımfinala vəsiqə qazana bilməyiblər.
Səid Həmidov da 100 metr arxası üstə üzmə yarışında yarımfinala yüksələ bilməyib.
4x100 metr sərbəst üsulla estafetdə kişi komandamız milli rekordu yeniləsə də, finala vəsiqə əldə edə bilməyib.
İdman.biz