top
Triatlon üzrə milli məşqçi beynəlxalq yarışda hakim kimi debüt edib Report.az
11 avqust 2025, 11:07
- ↺ +

Triatlon üzrə milli məşqçi beynəlxalq yarışda hakim kimi debüt edib

Azərbaycanın triatlon millisinin məşqçisi və təcrübəli hakim Balaheydər Kərimov ilk dəfə Dünya Triatlon yarışında ölkəni hakim kimi təmsil edib.

Bu barədə "Report"a Azərbaycan Triatlon Federasiyasının mətbaut xidmətindən məlumat verilib.

O, 9-10 avqustda Rumıniyanın İzvorani şəhərində keçirilən Yeniyetmələrin Avropa Kubokunda uğurla hakimlik edərək beynəlxalq arenada ilk təcrübəsini qazanıb.

Balaheydər Kərimov triatlon üzrə gənclərdən ibarət Azərbaycan millisinin baş məşqçisidir. Onun rəhbərliyi altında gənc idmançılar beynəlxalq arenada uğurlu nəticələr əldə edib, ölkə daxilində isə triatlonun kütləviliyinin artırılması istiqamətində mühüm işlər görülüb. Hakimlik sahəsində də böyük təcrübəyə malik olan Kərimov respublikada keçirilən bir çox yerli və beynəlxalq yarışlarda, o cümlədən "IronWind" beynəlxalq triatlon yarışında baş hakim kimi çıxış edib.

Beynəlxalq səviyyədə fəaliyyətə hazırlaşmaq məqsədilə Balaheydər Kərimov 7-8 iyun tarixlərində Qırğızıstanın paytaxtı Bişkek şəhərində Qırğızıstan Triatlon Federasiyası və Asiya Triatlonunun təşkilatçılığı ilə keçirilən beynəlxalq hakimlik kursunu uğurla başa vurub. Bu kurs ona Dünya Triatlon qaydaları və beynəlxalq yarışların idarə olunması üzrə yüksək bilik və bacarıqlar qazandırıb.

"Bu yarış mənim üçün böyük təcrübə oldu. Gələcəkdə ölkəmizi daha çox beynəlxalq triatlon yarışlarında layiqincə təmsil etməyə çalışacağam" – deyə Balaheydər Kərimov bildirib.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Qarabağ FK
Bu gün, 10:44

Qarabağ hücumçusu Kaşuk ilk dəfə Ukrayna milli komandasına çağırıldı

Futbol
Bu gün, 10:28

Əşrəf Hakimi: Messi gəlməsi oyun stilimi dəyişdi, zövq ala bilmədim

Minifutbol
Bu gün, 10:07

İtalyan hakimlər komandası Azərbaycan‑Çexiya futsal matçını idarə edəcək

Futbol
Bu gün, 10:02

Maykl Karrik, Şi Leysin çıxışını tərifləyir: “Meydanda hamını ruhlandırdı”

Voleybol
Bu gün, 10:00

Turan Tovuzun Voleybol Qələbəsi Avropada, Futbol Takımının Gözləmələri

Futbol
Bu gün, 09:58

UEFA Avropa Liqası: Renn evində Olimpiakosla qarşılaşacaq

Futbol
Bu gün, 09:49

Luis Enrike PSJ-də 127 qələbə ilə ən çox qələbə qazanan məşqçi oldu

Qarabağ FK
Bu gün, 09:47

UEFA Gənclər Liqası: Sabah və Qarabağ U-19 komandaları bu gün Norveç və Xorvatiyada qarşılaşacaqlar;

Futbol
Bu gün, 09:43

UEFA Çempionlar Liqası: Real, Fənərbağça və Manchester City qarşılaşacaq

Futbol
Bu gün, 09:40

Qalatasaray rəhbərliyi rusiyalı futbolçunun müqaviləsində 55M avrolu sərbəst qalma bəndini dəyişdirmək istədi

Futbol
Bu gün, 09:23

‘Sabah’ futbolu ‘Vikinq’in qonağına çıxacaq

Basketbol
Bu gün, 09:22

LANDAU Lions, FIBA Avropa Kubokunda Benfika ilə Qarşılaşacaq

Futbol
Bu gün, 09:20

Karlos Visens Barcelona üçün yeni baş məşqçi ola bilər

Futbol
Bu gün, 09:08

Mourinyo Real Madridin Yunanıstandakı 1/8 qalibiyyətini açıq şəkildə qeyd etdi

Basketbol
Bu gün, 09:07

«Neftçi» basketbol komandası FIBA Avropa Kubokunda beşinci oyununu Plovdivda Lokomotiv (Bulgariya) ilə oynayacaq

Futbol
Bu gün, 09:00

ÇL: "Sabah" "Vikinq"də qonaq olacaq

Futbol
Bu gün, 08:40

Skott Parker, Vest Hem-in yeni baş məşqçisi oldu

Futbol
Bu gün, 08:05

"İnter" Ikardi üçün transfer planında deyil - Marotta açıqlaması

Futbol
Bu gün, 08:00

İngiltərə klubu Said El-Malanı və qardaşı Malek El-Malanı transfer etmək istəyir

Futbol
Bu gün, 07:15

“Barselona” Arsenalın müdafiəçısı Piyero İnkapyeni transfer etmək istəyir - Deko hərəkətə keçdi

Futbol
Bu gün, 06:13

Arteta, formaların dartılması və tutulması ilə bağlı geniş videoarxiv topladığını açıqladı

Tennis
Bu gün, 05:03

Novak Cokoviç Paris Masters-də çətin qələbə qazanıb, çiynindəki problemə görə tibbi fasilə götürdü

Boks
Bu gün, 04:12

Ceyk Pol qələbə qazanarsa karyerasını başa vuracağını bildirdi

Futbol
Bu gün, 03:19

"Liverpool" rəhbərliyindəki dəyişikliklər Mak Allisterin gələcəyinə yeni perspektiv açır

Oxşar xəbərlər