top
Suqovuşanda qızıl medal qazanan avarçəkən, Olimpiya Oyunlarında iştirak etmək məqsədini açıqladı Idman.biz
30 aprel 2025, 17:14
- ↺ +

Suqovuşanda qızıl medal qazanan avarçəkən, Olimpiya Oyunlarında iştirak etmək məqsədini açıqladı

"Fəxri kürsünün ilk pilləsinə qalxdığım üçün özümlə fəxr edirəm".

İdman.biz xəbər verir ki, bunu AZƏRTAC-a açıqlamasında "Prezident Kuboku-2025" beynəlxalq reqatasında birnəfərlik kayak qayığında qızıl medal qazanan Cənubi Afrika Respublikası (CAR) təmsilçisi Kayle Armdorf deyib.

İdmançı qələbəyə gedən yolda olduqca əziyyət çəkdiyini bildirib: "Məşqlər zamanı dəfələrlə səhhətimdə problemlər yarandı. Amma mübarizəni dayandırmadım. Yenidən ayağa qalxdım və sağalmağı bacardım. Ölkəm və ailəmi layiqincə təmsil etdiyimə görə özümlə qürur duyuram".

Reqatada ilk dəfə təmsil olunan CAR komandasının üzvü çıxışından razı qaldığını söyləyib: "Ölkəmin ilk dəfə təmsil olunduğu yarışı qızıl medalla başa vurmaq mənim üçün çox şey ifadə edir. Çünki belə hallarla tez-tez rastlaşmırıq. Buradan avarçəkmə ilə məşğul olan bütün həmyerlilərimə demək istəyirəm ki, məşqlərini dayandırmasınlar, hər zaman qələbəyə inansınlar".

O, turnirin təşkilatçılığını yüksək qiymətləndirib: "Burada hər şey çox gözəldir. Kaş ki, bu ölkədə daha çox qalmaq imkanım olsaydı. Ümid edirəm ki, növbəti yarışlarda yenə Azərbaycana təşrif buyuracağıq".

K.Armdorf qarşıdakı hədəfinin Olimpiya Oyunlarına lisenziya qazanmaq olduğunu vurğulayıb.

Qeyd edək ki, "Prezident Kuboku-2025" beynəlxalq reqatasında 20-dən çox ölkədən 200-dən artıq idmançı iştirak edir. Bu gün Suqovuşanda start götürən yarış mayın 1-2-də Mingəçevir "Kür" Olimpiya Tədris-İdman Mərkəzində davam edəcək.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Qarabağ FK
Bu gün, 10:00

Qarabağ, Braziliyalı Futbolçu Qustafo Assunção'ya təklif edir – Qalatasaray'da da oynayıb

Futbol
Bu gün, 09:50

2026 Dünya Çempionatı Qətərin 5x Gəlirindən Çox Gəlir Topladı

Futbol
Bu gün, 09:40

Harri Keyn: Cəngavər titulunun verilə biləcəyi barədə şərh edib

Minifutbol
Bu gün, 09:35

"Araz-Naxçıvan" UEFA Çempionlar Liqasının V qrupunda Polşanın Piast komandası ilə son oyunu oynayacaq

Cüdo
Bu gün, 09:28

Hidayət Heydərov və iki Azərbaycanlı cüdoçu 'Böyük Dəbilqə' turnirində mübarizəyə başlayır;

Futbol
Bu gün, 09:20

Trent Alexander-Arnold Liverpoolə qayıda bilər

Futbol
Bu gün, 09:08

Luis Enrike, Barcelona‑dan Gavi‑ni PSJ‑ə gətirmək istəyir

Futbol
Bu gün, 08:40

FİFA 2026 Dünya Çempionatından rekord 5 milyard dollar gəlir əldə etdi

Futbol
Bu gün, 08:20

La Liqada Oktyabr ayının məşqçisi mükafatına namizədlər açıqlanıb

Futbol
Bu gün, 08:13

Mançester Yunayted məşqçisi Maykl Karrik Bruno Fernandeni kapitan olaraq saxlayacağını bildirdi

Futbol
Bu gün, 08:00

İnтер və Milan Generali Stadium layihəsini ictimaiyyətə təqdim etdi

Futbol
Bu gün, 07:16

Barcelona, PSG və İngiltərə nəhəngləri Qalatasarayın yarımmüdafiəçisi Aleksey Batrakov üçün rəqabət aparır

Futbol
Bu gün, 06:18

“Yuventus”da baş məşqçi vəzifəsi üçün Deşam namizədlər arasındadır

Futbol
Bu gün, 05:07

Everton Cek Qrilişi intizam pozduğu üçün heyətdən çıxardı

Futbol
Bu gün, 04:57

Manchester United baş məşqçisi: Zəmanətə ehtiyacım yoxdur, məsuliyyəti tam başa düşürəm;

Futbol
Bu gün, 04:15

Çelsi 100 milyonluq transferdən imtina edib, Barselona’nın ulduzunu almaq məsləhət görüldü

Futbol
Bu gün, 03:14

Messi 2027-ci ildə Newell's Old Boysa qayıtmaq üçün transfer vaxtını müəyyən etdi

Futbol
Bu gün, 01:55

“Fiorentina” və “Atalanta” 2:2 hesablı heç‑heçə, “Frozinone” 5:1 qalibiyyətlə cədvəl zirvəsinə yaxınlaşıb

Futbol
Bu gün, 01:42

Everton, 3-1-ə Nyukasl'ı məğlub edərək Liqa Kubokunun 1/4 finalına yüksəldi

Futbol
Bu gün, 01:30

Lotar Matteus Borussiya müdafiəçilərini tərifləyib və Joan Qadunu Upamekano ilə müqayisə etdi

Şahmat
Bu gün, 01:06

KazChess Masters turnirində reytinq favoriti Məhəmməd Muradlı ilk iki turda məğlubiyyətlərlə təəccübləndirir

Futbol
Bu gün, 00:56

Ançelotti Braziliya milli futbol heyətini açıqladı, Vinisius Junior və Endrik dəvət aldı

Şahmat
Bu gün, 00:37

İstanbul 2026‑da Şahmat Rapid və Blits Dünya Çempionatına Ev Sahibliyi Edəcək

Cüdo
Bu gün, 00:23

UFC Vegas 124 əsas döyüşü dəyişdi: Şon Bredi zədələnib, yerini Qabriel Bonfim alacaq

Oxşar xəbərlər