top
Milli Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin iclasında Bakı-2015in 10 illiyi və digər məsələlər müzakirə olunub Sport24.az
12 iyun 2025, 18:59
- ↺ +

Milli Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin iclasında "Bakı-2015"in 10 illiyi və digər məsələlər müzakirə olunub

Milli Olimpiya Komitəsinin (MOK) İcraiyyə Komitəsinin iclası keçirilib. Sport24.az "Report"a istinadən xəbər verir ki, MOK-un inzibati binasında baş tutan toplantıda çıxış edən qurumun vitse-prezidenti Çingiz Hüseynzadə İcraiyyə Komitəsinin iştirakçılarını gündəliklə tanış edib.

 

Gündəliyə Bakı-2015 I Avropa Oyunlarının 10 illik yubileyinə həsr edilmiş "Süni intellekt (AI) və idmanda innovasiya" müsabiqəsi, EYOF-2025 Avropa Gənclər Olimpiya Festivalı, Olimpiya Günü ilə bağlı və cari məsələlər daxil edilib.

 

Çingiz Hüseynzadə Bakı-2015 I Avropa Oyunlarının 10 illik yubileyindən danışıb: "10 il əvvəl bütün dünyanın diqqəti Azərbaycana yönəlmişdi. Ölkəmiz tarixdə ilk dəfə bu məsuliyyəti öz üzərinə götürərək, I Avropa Oyunlarına yüksək səviyyədə ev sahibliyi etdi. I Avropa Oyunlarını nümunəvi təşkil etməklə beynəlxalq qurumların etimadını qazandıq. Sübut etdik ki, Azərbaycan istənilən mötəbər idman tədbirinin keçirilməsi üçün ən etibarlı tərəfdaşdır. "Süni intellekt (AI) və idmanda innovasiya" dünyada ilk dəfədir ki, təşkil olunur".

 

Müsabiqədə iştirak üçün yaşı 18-dən yuxarı olan hər bir şəxsin müraciət etmək imkanı olduğunu qeyd edən Çingiz Hüseynzadə münsiflər heyətinin də müəyyənləşdiyini diqqətə çatdırıb. Vurğulanıb ki, münsiflər heyətinə Avropa və Türkiyə Olimpiya Komitəsindən, eləcə də ölkəmizdən nümayəndələr daxil edilib. Münsiflər heyətinə İspaniya Milli Olimpiya Komitəsinin baş katibi Viktoriya Kabezas, Türkiyə Milli Olimpiya Komitəsinin İctimaiyyətlə əlaqələr üzrə direktoru Volkan Öner, I Avropa Oyunlarının ulduz səfiri Tünzalə Ağayeva, qızıl mükafatçısı Rəsul Çunayev və MOK-un nümayəndəsi Mehman Kərimov daxildir.

 

İcariyyə Komitəsinin iclasında Çingiz Hüseynzadə Olimpiya Günü ilə bağlı danışarkən qeyd edib, ki, iyunun 23-də Milli Olimpiya Komitəsində bununla bağlı tədbir təşkil olunacaq.

 

MOK-un beynəlxalq proqramlar idarəsinin müdiri Mehman Kərimov Bakı-2015 Avropa Oyunlarının 10 illik yubileyinə həsr edilmiş "Süni intellekt (AI) və idmanda innovasiya müsabiqəsi"nin təqdimatı ilə bağlı çıxış edib. I Avropa Oyunlarının yunan-Roma güləşi üzrə qalibi Rəsul Çunayev və oyunların ulduz səfiri Tünzalə Ağayeva Bakı-2015 Avropa Oyunları barədə təəssüratlarını bölüşüblər.

 

İclasda həmçinin Skopye-2025 EYOF-un missiya rəhbəri Vaqif Əliyev çıxış edərək İcraiyyə Komitəsinin üzvlərinə Avropa Gənclər Olimpiya Festivalına hazırlıqla bağlı məlumat verib.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 04:15

Çelsi 100 milyonluq transferdən imtina edib, Barselona’nın ulduzunu almaq məsləhət görüldü

Futbol
Bu gün, 03:14

Messi 2027-ci ildə Newell's Old Boysa qayıtmaq üçün transfer vaxtını müəyyən etdi

Futbol
Bu gün, 01:55

“Fiorentina” və “Atalanta” 2:2 hesablı heç‑heçə, “Frozinone” 5:1 qalibiyyətlə cədvəl zirvəsinə yaxınlaşıb

Futbol
Bu gün, 01:42

Everton, 3-1-ə Nyukasl'ı məğlub edərək Liqa Kubokunun 1/4 finalına yüksəldi

Futbol
Bu gün, 01:30

Lotar Matteus Borussiya müdafiəçilərini tərifləyib və Joan Qadunu Upamekano ilə müqayisə etdi

Şahmat
Bu gün, 01:06

KazChess Masters turnirində reytinq favoriti Məhəmməd Muradlı ilk iki turda məğlubiyyətlərlə təəccübləndirir

Futbol
Bu gün, 00:56

Ançelotti Braziliya milli futbol heyətini açıqladı, Vinisius Junior və Endrik dəvət aldı

Şahmat
Bu gün, 00:37

İstanbul 2026‑da Şahmat Rapid və Blits Dünya Çempionatına Ev Sahibliyi Edəcək

Cüdo
Bu gün, 00:23

UFC Vegas 124 əsas döyüşü dəyişdi: Şon Bredi zədələnib, yerini Qabriel Bonfim alacaq

Futbol
Bu gün, 00:09

Cristiano Ronaldo 985 qol vurdu, 1000 qol hədəfinə daha 15 qol qalıb

Futbol
Dünən, 23:49

Mançester Yunayted 29 yaşlı hücumçunu izləyir

Futbol
Dünən, 23:34

Barselona qış transferlərində müdafiə xəttini gücləndirmək üçün Yoşko Qvardol, Bastoni, Lisandro Martines və Natanı hədəfləyir

Basketbol
Dünən, 23:24

Gəncə basketbol klubu Avropa Kubokunda qazandığı qələbəni ölkə çempionatında da davam etdirməyə çalışır

Futbol
Dünən, 23:21

Gəncəbaşar 90% heyət dəyişdirərək Xankəndini 3:2 məğlub etdi

Futbol
Dünən, 23:07

Arsenalın apelyasiya şikayəti rədd, 16 yaşlı futbolçu üç oyunluq diskvalifikasiya edildi

Cüdo
Dünən, 22:56

Azərbaycan cüdoçularının U-23 Avropa çempionatındakı ilk rəqibləri açıqlanıb

Gimnastika
Dünən, 22:45

Tofiq Əliyev: Dünya çempionatı üçün hazırlıq tamam, Çinə yola düşürük

Futbol
Dünən, 22:37

Vensan Kompani sağlamlıq problemləri səbəbindən “Bavariya”nın üç oyununu qaçıracaq - qayıdış tarixi hələ məlum deyil

Futbol
Dünən, 22:19

Azərbaycan U-15 Milli Yığması Vyetnamla məğlub oldu

Cüdo
Dünən, 22:11

Balabəy Ağayev qızıl medalı qazandıqdan sonra hələ də inana bilmir

Formula 1
Dünən, 22:03

Qətər və Əbu-Dabi Qran-priləri Formula-1-də ləğv oluna bilər

Cüdo
Dünən, 21:48

İJF Könül Əliyevanın Əbu-Dabidə tarixi qızıl medalını təqdim etdi

Futbol
Dünən, 21:42

Levandovski: Arsenal'ə qoşulmadım, çünki titul qazanmaq istəyirdim

Futbol
Dünən, 21:27

Kataloniya polisi Barselona azarkeşinin Kamavinqaya bayraq dirəyi ilə hücumu üçün 650 min avroya qədər cərimə təklif edir

Oxşar xəbərlər