top
III MDB Oyunlarının könüllüləri üçün təlimlər davam edir: Hazırlıqların son mərhələsi Report.az
21 sentyabr 2025, 11:55
- ↺ +

III MDB Oyunlarının könüllüləri üçün təlimlər davam edir: Hazırlıqların son mərhələsi

Azərbaycanda təşkil olunacaq III MDB Oyunlarının könüllüləri üçün təlimlər davam edir.

Bu barədə "Report"a yarışın mətbuat xidmətindən məlumat verilib.

Ümumilikdə təxminən 3000 gənc bu ilin ən iri idman tədbirlərindən birinin bir hissəsinə çevriləcək. Hazırda hazırlıq və seçimlərin son mərhələsi gedir.

Yarışların keçiriləcəyi məkanlarda könüllülər üçün təlimlər təşkil olunur.

Gəncədə 28 sentyabrda şəhər stadionunda baş tutacaq açılış mərasimində iştirak edəcək könüllülər üçün isə xüsusi məşğələlər keçirilir.

Qeyd edək ki, könüllülük proqramı böyük maraq doğurub: qeydiyyat portalı vasitəsilə 9700-dən çox müraciət daxil olub. Onlardan 7200 namizəd 24 iyunda başlamış müsahibələrdə iştirak edib və seçim prosesi uğurla başa çatdıqdan sonra təlim mərhələsinə start verilib.

Ən çox könüllü – 1250 nəfər – Gəncə şəhərində fəaliyyət göstərəcək, Qəbələdə 600, Şəkidə 350, Mingəçevirdə 255, Yevlaxda 190, Xankəndidə 185, Göygöldə isə 175 könüllü cəlb olunacaq.

Oyunlar zamanı könüllülər idman əməliyyatları, insan resurslarının və işçi qüvvəsinin idarə edilməsi, obyektlərin idarə olunması, tədbirlərin və mərasimlərin təşkili, həmçinin media əməliyyatları üzrə fəaliyyət göstərəcəklər.

Qeyd edək ki, III MDB Oyunları bu il sentyabrın 28-dən oktyabrın 8-dək Azərbaycanın yeddi şəhərində – Gəncə, Yevlax, Mingəçevir, Qəbələ, Şəki, Göygöl və Xankəndidə təşkil olunacaq. Yarışın açılış mərasimi sentyabrın 28-də, bağlanış mərasimi isə oktyabrın 8-də Gəncə şəhər stadionunda baş tutacaq.

III MDB Oyunları Gəncə Azərbaycan
Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Digər
Bu gün, 09:30

Zlatan İbrahimoviç “Qanqsterlər dünyası”nda

Futbol
Bu gün, 09:28

“Qalatasaray”ın matçı hansı kanalda? - TV AFİŞA

Futbol
Bu gün, 09:23

“Barselona” stadiondan hava limanına tələsəcək

Futbol
Bu gün, 09:20

"Çelsi"nin futbolçusu qarət olundu

Futbol
Bu gün, 09:10

Çempionlar Liqasında günün oyunları – YENİLƏNİR

Futbol
Bu gün, 09:08

İlk qolunu vurdu, qarət olundu

Futbol
Bu gün, 09:08

“Barselona”ya transferi baş tutmayan Laportdan diqqətçəkən açıqlama

Futbol
Bu gün, 09:01

UEFA Çempionlar Liqası: "Qalatasaray" bu gün "Aston Villa"nı qəbul edəcək

Futbol
Bu gün, 09:00

Almaniya klubları “Udineze”nin 18 yaşlı müdafiçisinə “elçi” düşüb

Futbol
Bu gün, 08:55

Şir axtarışı İngiltərə mətbuatında: “Qalatasaray”ın stadionuna yaxındır"

Futbol
Bu gün, 08:51

Yamal zədəli deyilmiş

Futbol
Bu gün, 08:40

Qış fasiləsində Neftçidən ayrılma planları yoxdur

Futbol
Bu gün, 08:17

Mbina: "Çempionlar Liqasında oynamaq uşaqlıq arzum idi, həyata keçəcəyini düşünməmişdim"

Futbol
Bu gün, 08:07

Afrika çempionunun taleyi bu gün həll olunur: CAS tarixi qərarını açıqlayacaq

Futbol
Bu gün, 08:00

“Barselona” qarşısında nə etməli?

Futbol
Bu gün, 07:50

"Napoli"nin aparıcı siması "Sabah"a qarşı oynamayacaq

Futbol
Bu gün, 07:40

"Marafon"a 3 xal qazandıran 3 qol - VİDEO

Futbol
Bu gün, 07:03

Manchester United qırmızı vərəqə qərarına apellyasiya verir

Futbol
Bu gün, 06:13

Bavariyada Musialanın gələcək planları və gizli görüşün detalları açıqlandı

Futbol
Bu gün, 05:07

Unai Emeri Qalatasaray’ın ən təhlükəli tərəfini açıqladı

Futbol
Bu gün, 04:14

Barselona futbolçusu Mirza Çatoviç əməliyyat olacaq

Futbol
Bu gün, 03:50

Barcelona ulduzları Bakıda oteldə yerləşdi

Futbol
Bu gün, 03:20

"Bursaspor" Toral Bayramova ehtiyac duymur - VİDEO

Futbol
Bu gün, 03:12

Vinisiusun PSJ-yə transferi ilə bağlı gözlənilməz açıqlama

Oxşar xəbərlər