top
Bir sıra idman federasiyalarında Novruzdan sonra prezident seçkiləri keçiriləcək Idman.biz
19 mart 2026, 12:52
- ↺ +

Bir sıra idman federasiyalarında Novruzdan sonra prezident seçkiləri keçiriləcək

Bu il bir neçə olimpiya idman federasiyasında prezident seçkiləri keçiriləcək.

İdman.Biz prosport.az-a istinadla xəbər verir ki, Novruz bayramından sonra Hesabat-Seçki Konfransı olacaq federasiyalar bunlardır: Alpinizm Federasiyası, Basketbol Federasiyası, Boks Federasiyası, Həndbol Federasiyası, Qış İdman Növləri Federasiyası, Qolf Federasiyası, Reqbi Federasiyası, Stolüstü Tennis Federasiyası, Taekvondo Federasiyası, Tennis Federasiyası.

Nizamnaməyə görə, hər olimpiya tsiklindən sonra hesabat verilməli olsa da, bəzən bunun şahidi olmuruq. Bəzi federasiyalarda seçkilər 4, bəzilərində isə 5 illik müddətə nəzərdə tutulub. Ümumiyyətlə, hazırda federasiyalarda son prezident seçkiləri bu vaxtda olub:

Azərbaycan Ağırlıqqaldırma Federasiyası - Hazırda Sumqayıt Texnologiyalar Parkının Müşahidə Şurasının üzvü olan Kamran Nəbizadə 2023-cü ilin 28 sentyabrında prezident seçilib.

Azərbaycan Alpinizm Federasiyası - Hazırda Azərbaycan Respublikası Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi olan Muxtar Babayev 2022-ci ilin 9 sentyabrında prezident seçilib.

Azərbaycan Atıcılıq Federasiyası - Daxili işlər naziri olan Vilayət Eyvazov ötən ilin dekabrın 18-də növbəti dəfə prezident seçilib.

Azərbaycan Atletika Federasiyası - Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Cavid Qurbanov 2023-cü ilin aprelin 1-də prezident seçilib.

Azərbaycan Badminton Federasiyası – Hazırda iqtisadiyyat nazirinin müşaviri olan Taleh Ziyadov ötən ilin dekabrın 22-də növbəti dəfə prezident seçilib.

Azərbaycan Basketbol Federasiyası – Elm və təhsil naziri olan Emin Əmrullayev 2021-ci ilin 14 dekabrında prezident seçilib.

Azərbaycan Boks Federasiyası – Hazırda maliyyə naziri olan Sahil Babayev 2022-ci ilin 9 fevralında prezident seçilib.

Azərbaycan Cüdo Federasiyası – Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev ötən ilin oktyabrın 18-də növbəti dəfə prezident seçilib.

Azərbaycan Futbol Federasiyaları Assosiasiyası – SOCAR rəhbəri olan Rövşən Nəcəf 2024-cü ilin aprelin 2-də prezident seçilib.

Azərbaycan Gimnastika Federasiyası – Azərbaycan Respublikasının I vitse-prezidenti Mehriban Əliyeva fevralın 16-da yenidən prezident seçilib.

Azərbaycan Güləş Federasiyası – İqtisadiyyat naziri Mikayıl Cabbarov ötən ilin noyabrın 27-də növbəti dəfə prezident seçilib.

Azərbaycan Həndbol Federasiyası – Avtomobil Yolları Dövlət Agentliyinin sabiq rəhbəri Saleh Məmmədov 2022-ci ilin 3 fevralında növbəti dəfə prezident seçilib.

Azərbaycan Kamandan Oxatma Federasiyası – Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev 2024-cü ilin mayın 22-də prezident seçilib.

Azərbaycan Su İdmanı Növləri Federasiyası – "Azərişıq" ASC-nin sədri Vüqar Əhmədov martın 14-də prezident seçilib.

Azərbaycan Qılıncoynatma Federasiyası – İctimai Televiziyanın baş direktoru Balakişi Qasımov ötən ilin dekabrın 5-də növbəti dəfə prezident seçilib.

Azərbaycan Qış İdman Növləri Federasiyası – Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev 2022-ci ilin yanvarın 31-də prezident seçilib.

Azərbaycan Qolf Federasiyası – "Sabah" klubunun Müşahidə Şurasının üzvü Rauf Xəlilov 2022-ci ilin fevralın 10-da prezident seçilib.

Azərbaycan Reqbi Federasiyası – "Azəriqaz"ın Hüquq şöbəsinin rəisi Röyal Süleymanov 2024-cü il martın 12-də prezident seçilsə də, ötən il vəzifəsindən ayrılıb. Hazırda bu vəzifəni "Qarabağ" reqbi klubunun təsisçisi, sabiq idman jurnalisti Eldar Kərimov icra edir. Noyabrın sonunda seçki olacaq.

Azərbaycan Atçılıq Federasiyası – Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev 2024-cü ilin yanvarın 25-də növbəti dəfə prezident seçilib.

Azərbaycan Stolüstü Tennis Federasiyası – Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev 2021-ci ilin dekabrın 27-də növbəti dəfə prezident seçilib.

Azərbaycan Taekvondo Federasiyası – Fövqəladə hallar naziri Kəmaləddin Heydərov 2021-ci ilin dekabrın 30-da növbəti dəfə prezident seçilib.

Azərbaycan Tennis Federasiyası – Azərbaycan Respublikası Milli Məclisinin sabiq sədri Oqtay Əsədov 2022-ci ilin avqustun 31-də növbəti dəfə prezident seçilib.

Azərbaycan Triatlon Federasiyası – "FF Group"un rəhbəri Fərid Fərhadzadə 2023-cü ilin martın 30-da prezident seçilib.

Azərbaycan Üzgüçülük Federasiyası – İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev ötən ilin yanvarın 18-də prezident seçilib.

Azərbaycan Velosiped İdmanı Federasiyası – "Silk Way" Şirkətlər Qrupunun prezidenti Zaur Axundov ötən ilin mayın 2-də prezident seçilib.

Azərbaycan Voleybol Federasiyası – Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov 2023-cü ilin aprelin 11-də prezident seçilib.

Qeyd edək ki, bu il artıq Gimnastika Federasiyası və yeni yaradılmış Su İdmanı Növləri Federasiyasında (keçmiş Kanoe və Avarçəkmə Federasiyası) müvafiq olaraq fevral və mart aylarında prezident seçkiləri baş tutub.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 12:38

Maykl Olise Fransa millisində 1958-ci ildən bəri ən yaxşı qol‑ötürmə göstəricisinə imza atdı;

Cüdo
Bu gün, 11:38

Rəşid Məmmədəliyev və Hidayət Heydərovun 1/16 final rəqibləri məlum olub

Voleybol
Bu gün, 11:04

U-20 qadın voleybol komandası İzmirdə təlim keçəcək

Futbol
Bu gün, 10:35

U-20 milli futbol komandamız Yaponiyaya qarşı çıxacaq

Futbol
Bu gün, 10:13

U-21 Azərbaycan millisi bu gün Bank Respublika Arenada Cəbəllütariqla qarşılaşacaq

Futbol
Bu gün, 06:28

Toni Freyşa, Barça-nın keçmiş prezident namizədi, Real Madrid-in prezidenti Florentino Pérez-in istefasını proqnozlaşdırdı

Futbol
Bu gün, 05:47

Messi Argentina milli komandası ilə son məşqini keçirdi

Futbol
Bu gün, 01:10

İspaniya baş məşqçisi Xorvatiyanın İngiltərədən aldığı 0:7 məğlubiyyəti haqqında danışdı

Futbol
Bu gün, 00:42

Rwanda millisi Keniya ilə oyunda Mikels qardaşları meydanda

Futbol
Bu gün, 00:06

“Slaviya” klubunun azarkeşlərinə “Sabah” ilə Bakıdakı oyun üçün bilet, viza və nəqliyyat məlumatları

Futbol
Dünən, 22:39

“Bavariya” Harry Kane ilə yeni müqavilə imzalamağa yaxındır

Cüdo
Dünən, 21:38

Prezident İlham Əliyev, Milli Gimnastika Arenasında cüdo üzrə dünya çempionatının açılış mərasimindən video paylaşdı

Futbol
Dünən, 19:49

Chelsea, Arsenal, Manchester United, Manchester City və Liverpool Endrikin transferi ilə maraqlanır

Futbol
Dünən, 16:48

Sumqayıt FK növbəti iki ev matçını SOCAR Polymer Arena’da keçirəcək

Gimnastika
Dünən, 16:26

Tamblinq üzrə Azərbaycan millisi Tofiq Əliyev Böyük Britaniya çempionatında iki qızıl medal qazandı

Futbol
Dünən, 16:00

Litva qarşısında qələbə qazanan azərbaycanlı futbolçulara 10 min manat mükafat veriləcək

Futbol
Dünən, 13:58

Sabah ilə Slaviya arasındakı Çempionlar Liqası oyununa 45 minə yaxın bilet satılıb

Voleybol
Dünən, 10:58

Gəncə klubu rusiyalı voleybolçu Anastasiya Abramovanı heyətinə qatdı

Futbol
Dünən, 10:00

Azərbaycanda Litva qarşısında 1-0 qələbə: Yaxşı nəticə, oyun tənqidə məruz qaldı

Şahmat
Dünən, 09:58

FIDE prezidenti Timur Turlov Azərbaycan Şahmat Federasiyası prezidenti Mahir Məmmədovla görüşdü - FOTO

Futbol
Dünən, 07:32

Alexandro Balde “Barselona”dan ayrılmaq istəmir

Futbol
Dünən, 03:25

Usman Dembele Fransa millisindəki çıxışı ilə bağlı tənqidlərə sakit yanaşdığını bildirib

Futbol
Dünən, 01:13

“Chelsea” Aleks Skott üçün mübarizədə önə çıxır

Futbol
Dünən, 00:51

UEFA Millətlər Liqası IV tur: Portuqaliya Norveçdən qalib, Almaniya Yunanıstanla 0:0 bərabərlik

Oxşar xəbərlər