Fransa Liqasının 12-ci turunda PSJ doğma meydanda "Loryen"lə qarşılaşıb və 2:0 hesablı qələbə qazanıb.
Sportify.az xəbər verir ki, Paris təmsilçisinin heyətində hesabı 32-ci dəqiqədə Senni Mayulu açıb. Usman Dembele isə 67-ci dəqiqədə fərqi iki topa çatdırıb.
Bu qələbə ilə PSJ Liqa 1-də ardıcıl doqquzuncu dəfə qalib gəlib. 29 xala malik Paris klubu turnir cədvəlinə liderlik edir. 16 xalı olan "Loryen" isə 11-ci pillədə qərarlaşıb.
Turun digər oyunlarında "Nitsa" "Trua"nı 4:1 hesabı ilə darmadağın edib, "Lill" "Le-Man"a 1:2 hesabı ilə uduzub. "Strasburq" isə səfərdə "Havr"ı 3:1 hesabı ilə məğlub edib.