Hindistanlı qrossmeyster Qukeş Dommaracu ilə Özbəkistan təmsilçisi Cavohir Sindarov arasında şahmat üzrə dünya çempionluğu uğrunda görüşün dördüncü partiyası heç-heçə ilə yekunlaşıb.
Sportify.az xəbər verir ki, İsveçrənin Cenevrə şəhərində keçirilən qarşılaşmada tərəflər 35-ci gedişdə heç-heçəyə razılaşıblar. Beləliklə, dörd partiyadan sonra ümumi hesab 2:2-dir.
Reqlamentə əsasən, şahmatçılar klassik vaxt nəzarəti ilə maksimum 14 partiya keçirəcəklər. İlk 40 gediş üçün hər oyunçuya 120 dəqiqə, qalan gedişlər üçün isə əlavə 30 dəqiqə vaxt ayrılır. 41-ci gedişdən etibarən hər gedişə 30 saniyə əlavə olunur.
14 partiyadan sonra hesab bərabər olarsa, qalib sürətli şahmat üzrə tay-breykdə müəyyənləşəcək. Dünya çempionu titulunu qazanmaq üçün şahmatçılardan biri 7,5 xal toplamalıdır.