İngiltərə klubu "Mançester Yunayted" bu mövsüm Avropanın beş aparıcı liqasında ən çox qol buraxan komandadır.
Sportify.az xəbər verir ki, Maurisio Poçettinonun rəhbərlik etdiyi komanda İngiltərə Premyer Liqasının 12-ci turunda "Brentford"a 0:4 hesabı ilə məğlub olub. Beləliklə, Mançester təmsilçisi cari mövsümdə bütün turnirlərdə keçirdiyi 18 oyunda qapısında 40 qol görüb.
Avropanın beş aparıcı liqasında ən çox qol buraxan digər komandaların göstəriciləri belədir:
"Lans" (Fransa) – 18 oyunda 37 qol;
"Union Berlin" (Almaniya) – 13 oyunda 35 qol;
"Xetafe" (İspaniya) – 20 oyunda 34 qol;
"Sassuolo" (İtaliya) – 12 oyunda 32 qol.