İtaliya klubu "İnter" A Seriyasının 13-cü turunda doğma meydanda "Cenoa"nı böyük hesabla məğlub edib – 4:0.
Sportify.az xəbər verir ki, Milan təmsilçisinin heyətində Markus Türam dubl edib. Fransalı hücumçu 40-cı və 54-cü dəqiqələrdə fərqlənib. Lautaro Martines 29-cu dəqiqədə qol vurubsa, Petar Suçiç isə ilk hissənin sonlarında penaltini dəqiq yerinə yetirib.
Bu qələbədən sonra xallarının sayını 32-yə yüksəldən "İnter" turnir cədvəlinin ikinci pilləsinə qalxıb. 16 xalı olan "Cenoa" isə 11-ci yerdədir.