Cənubi Amerikanın ən nüfuzlu klub turniri Libertadores Kubokunda çempion müəyyənləşib.
Sportify.az xəbər verir ki, kuboka finalda Argentinanın “Estudiantes” klubunu 1:0 hesabı ilə məğlub edən Braziliya təmsilçisi “Palmeyras” sahib çıxıb.
Matçın taleyini həll edən qolu 52-ci dəqiqədə “Palmeyras”dan Ramon Sosa vurub.
Gərgin mübarizə şəraitində keçən qarşılaşmada 9 oyunçu sarı vərəqə ilə cəzalandırılıb.
Beləliklə, "Palmeyras" 2021-ci ildən sonra ilk dəfə Libertadores Kubokunun qalibi olub. Braziliya klubu tarixində dördüncü dəfə bu turnirdə çempionluq sevinci yaşayıb.