top
Azərbaycanda Avropa Karlar İdman Təşkilatının Baş Assambleyası keçiriləcək Report.az
16 sentyabr 2025, 15:47
- ↺ +

Azərbaycanda Avropa Karlar İdman Təşkilatının Baş Assambleyası keçiriləcək

Azərbaycan Deflimpiya Komitəsinin təşəbbüsü ilə Avropa Karlar İdman Təşkilatının (European Deaf Sport Organisation - EDSO) Baş Assambleyası 2027-ci ildə ölkəmizdə keçiriləcək.

Komitədən "Report"a verilən məlumata əsasən ölkəmizdə ilk dəfə keçirilməsi planlaşdırılan tədbir eşitmə məhdudiyyətli idmançılar üçün böyük imkanlar yaratmaqla yanaşı, Azərbaycanın deflimpiya hərəkatında olan önəmini artıracaq.

1983-cü ildə yaradılan EDSO 40-dan çox ölkədən, 1000-dən çox eşitmə məhdudiyyətli şəxslərin idman klubları və on minlərlə eşitmə məhdudiyyətli idmançını əhatə edir. Sözügedən təşkilat hazırda Avropa regionu üzrə eşitmə məhdudiyyətli idmançıların və şəxslərin birləşdiyi ən mötəbər qurum olaraq fəaliyyət göstərir. Həmçinin 2025-ci ilin aprel ayında Deflimpiya Komitəsinin təşəbbüsü ilə Beynəlxalq Karlar İdman Komitəsi (ICSD) və EDSO rəhbərliyi ilk dəfə ölkəmizə səfər edərək komitənin fəaliyyəti və azərbaycanlı idmançılarla tanış olub.

Qeyd edək ki, 2023-cü ilin oktyabrdan fəaliyyətə başlayan Deflimpiya Komitəsi eşitmə məhdudiyyəti olan şəxslər arasında bədən tərbiyəsi və idmanın inkişafı, bu vasitə ilə onların bərpasına və sağlam cəmiyyətə inteqrasiyasına nail olunması, həmçinin eşitmə qabiliyyətləri məhdud şəxslərin maraq göstərdikləri deflimpiya proqramına daxil edilmiş idman növlərinin ölkədə geniş inkişafı və bu idman növləri üzrə idmançıların hazırlanması istiqamətində fəaliyyət göstərir. Komitə 2025-ci ildən etibarən ICSD-nin üzvlüyünə qəbul olunub.

Azərbaycan Deflimpiya Komitəsi EDSO ICSD assambleya
Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 16:55

Angela Merkel Vinssan Kompanini yüksək qiymətləndirib

Basketbol
Bu gün, 16:46

Sabah basketbolçusu Frenki Fidler FIBA Çempionlar Liqasında həftənin oyunçusu seçildi

Futbol
Bu gün, 16:42

Bavariya, Arsenal kapitanı Martin Ødegaard'ı transfer etməkdə maraqlıdır

Futbol
Bu gün, 16:40

"Milan"ın sahibi "Əl-Nəsr"də pay almaq üzrə danışıqlar apardığını təsdiqlədi

Cüdo
Bu gün, 16:27

EJU: Kənan Nəsibov əsas favorit, kim onun qarşısında dayanacaq?

Futbol
Bu gün, 16:20

Rusiya Futbol İttifaqının baş katibi Maksim Mitrofanov Bakıda FIFA prezidenti ilə görüşəcək

Basketbol
Bu gün, 16:12

Sabah – Trabzonspor FIBA Çempionlar Liqası matçı üçün biletlər satışda

Futbol
Bu gün, 16:00

"Gəncəbasar"ın baş məşqçisi Elhad Nəziri Kubokdakı növbəti rəqib "Şamaxı" ilə matça bəyə qoşdub və konkret hədəfləri olmadığını bildirib

Futbol
Bu gün, 15:57

İPL-nin IX turunda böhranda olan "Mançester Yunayted" və liderliyi bölüşən "Liverpul" ilə "Arsenal" qarşılaşacaqlar

Futbol
Bu gün, 15:55

Tərlan Əhmədov: "Azərbaycan Kubokunda maraqlı qarşılaşmalar və sürpriz nəticələr var"

Futbol
Bu gün, 15:44

Qalatasaray, Fənərbağçaya rəqabət göstərmək üçün iki transfer hədəfi seçdi

Futbol
Bu gün, 15:42

Mauro İkardi “İnter”ə qayıtmaq arzusunu bildirir

Cüdo
Bu gün, 15:40

Azərbaycan cüdoçusu dünya çempionunu məğlub etdi

Futbol
Bu gün, 15:20

Mançester Siti üzvü Mateo Kovaçiç Fənərbaxça ilə danışıqları davam etdirir

Futbol
Bu gün, 15:15

Deşam Juventus baş məşqçiliyi üçün namizəd

Futbol
Bu gün, 15:12

Şəfa futbolçusu qara zolaqdən çıxmaq üçün mübarizə aparır

Futbol
Bu gün, 15:07

Manchester City futbolçusu Rayan Şerki 90 milyon avro ilə satıla bilər – Real Madrid və PSG maraqlanır

Cüdo
Bu gün, 14:57

Şon Bredi Qabriel Bonfimlə döyüşünün ləğv olunma səbəbi: dizində infeksiya

Futbol
Bu gün, 14:27

Denis Marandiçi: Ağır zədədən sonra da qələbə üçün mübarizədən qorxmuram

Futbol
Bu gün, 14:20

Beşiktaş 21 Yaşında Rus Futbolcusu Matvey Kislyak'a İlgi Gösteriyor

Formula 1
Bu gün, 14:12

Şarl Lekler Lyuis Hemiltonun "Ferrari" komandasında ona necə kömək etdiyini və komanda yoldaşından öyrəndiklərini açıqladı

Cüdo
Bu gün, 14:10

Hidayət Heydərov 1/8 finallaq mərhələyə keçdi

Futbol
Bu gün, 14:00

Mançester Yunayted qışda Dominik Kalvert-Lyuini transfer edəcək

Futbol
Bu gün, 14:00

Mauro İkardi: İtaliyada oynamağı arzulayıram, karyeramı bitirmək fikrində deyiləm

Oxşar xəbərlər