top
Azərbaycan Deflimpiya Komitəsi Beynəlxalq Eşitmə Məhdudiyyətli İdman Komitəsinə (ICSD) daxil olub Idman.biz
06 may 2025, 13:09
- ↺ +

Azərbaycan Deflimpiya Komitəsi Beynəlxalq Eşitmə Məhdudiyyətli İdman Komitəsinə (ICSD) daxil olub

Azərbaycan Deflimpiya Komitəsi (ADK) eşitmə məhdudiyyətli şəxslərin idman fəaliyyətini tənzimləyən Beynəlxalq Karlar İdman Təşkilatının (International Committee of Deaf Sport - ICSD) üzvlüyünə qəbul olunub.

Qurumdan İdman.biz-ə verilən məlumata görə, üzvlük ölkədə Deflimpiya Hərəkatının inkişafına, həmçinin eşitmə məhdudiyyətli şəxslərin idmana inteqrasiyası, sosial aktivliyinin təmini istiqamətində böyük töhfə verəcək.

2023-cü ilin oktyabrdan fəaliyyətə başlayan ADK eşitmə məhdudiyyəti olan şəxslər arasında bədən tərbiyəsi və idmanın inkişafı, bu vasitə ilə onların bərpasına və sağlam cəmiyyətimizə inteqrasiyasına nail olunması, həmçinin eşitmə qabiliyyətləri məhdud olan şəxslərin maraq göstərdikləri deflimpiya proqramına daxil edilmiş idman növlərinin ölkədə geniş inkişafı və bu idman növləri üzrə idmançıların hazırlanması istiqamətində fəaliyyət göstərir.

Bu ilin aprel ayında Azərbaycana ilk dəfə səfər edən ICSD və Avropa Karlar İdman Təşkilatının (bundan sonra – EDSO) rəhbərliyi səfər müddətində komitənin fəaliyyəti ilə yaxından tanış olmuş, idmançı və məşqçilərlə yanaşı bir sıra dövlət qurumlarının rəhbərliyi ilə də görüşlər keçirərək Azərbaycanda Deflimpiya hərəkatının qanuni və rəsmi təmsilçisi olaraq tanınan komitənin gələcək planları ilə yaxından maraqlanıb.

Komitənin ICSD-ə üzv olması ilə ölkəmizdə Deflimpiya hərəkatının növbəti mərhələyə qədəm qoyaraq, eşitmə məhdudiyyətli idmançıların beynəlxalq yarışlarda iştirakına şərait yaradacaq. Eyni zamanda gələcəkdə bu sahədə idmançılar, habelə peşəkar məşqçilərin artmasında, beynəlxalq təcrübə ilə ölkədə eşitmə məhdudiyyətli şəxslər arasında idman fəaliyyətinin genişlənməsinə dəstək olacaq.

Qeyd edək ki, Beynəlxalq Karlar İdman Komitəsinə üzv olan Azərbaycan Deflimpiya Komitəsi hazırda Gənclər və İdman Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Milli Olimpiya Komitəsi, Milli Paralimpiya Komitəsi ilə yanaşı bir çox idman federasiyası, eşitmə və nitq məhdudiyyətli şəxslərlə çalışan qeyri-hökumət təşkilatları ilə qarşılıqlı əməkdaşlıq çərçivəsində fəaliyyətini davam etdirir.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 11:26

“Neftçi” Matheus Davonu qış transferində heyətinə qatmaq istəyir

Futbol
Bu gün, 10:41

“Səbail” “Sərtan Taşkın”ı transfer etdi

Futbol
Bu gün, 09:41

Azərbaycan Kubokunun birinci mərhələsində bu gün üç yeni qarşılaşma baş tutacaq

Qarabağ FK
Bu gün, 06:23

“Qarabağ”ın 18 yaşlı hücumçusu Əli İbrahim “Olimpiakos” B komandasında baxışa yollanacaq

Futbol
Bu gün, 04:14

Benin məşqçisi: Argentina oyunçularından Messi'nin fotosunu və formasını ala bilmədik

Basketbol
Dünən, 23:54

LANDAU Lions FIBA Avropa Kubokunda 83-105 ilə “Lions de Geneve”yə məğlub oldu

Futbol
Dünən, 23:38

Luka Modriç Messi’nin milli karyerasını başa vurmasına təəssüfünü bildirir: “O, unikal futbolçudur”

Güləş
Dünən, 22:55

Azərbaycanda U-23 Dünya Güləş Çempionatı Heyəti Açıqlanıb

Futbol
Dünən, 21:26

Azərbaycan qadın milli komandası Antalyaspor ilə dostluq matçı keçirəcək

Futbol
Dünən, 19:28

AFFA meneceri Kifayət Mustafayeva UEFA təyinatını aldı, Avropa zonası qadınlar çempionatı pley-off oyununda nümayəndə olacaq

Futbol
Dünən, 16:40

Azərbaycan millisi FİFA reytinqində bir pillə gerilədi

Futbol
Dünən, 16:25

AFFA aşağı yaş liqalarında üç komandaya 0:3 texniki məğlubiyyət verdi

Qarabağ FK
Dünən, 16:11

“Qarabağ” “Fənərbağça”nın sabiq müdafiəçisini transfer etmək istəyib, lakin maaş şərtlərində razılığa gələ bilmədi

Cüdo
Dünən, 16:04

Hidayət Heydərov: Dünya cüdo çempionatının 1/8 finalında uduzmaq ağırdır

Futbol
Dünən, 15:29

Ağadadaş Salyanski U-21 millisinin yeni rekordunu bildirdi

Cüdo
Dünən, 13:20

Vüsal Qələndərzadə dünya çempionatının 1/32 finalında ipponla qalib gəldi

Olimpiada
Dünən, 12:44

Azərbaycan Paralimpik atəşmeneciliyi millisi Rusiya komandası ilə birgə təlim keçir

Cüdo
Dünən, 11:44

Beşqat Olimpiya çempionu Nadya Komaneçi, Bakıdakı cüdo dünya çempionatı iştirakçılarına videomüraciət etdi

Futbol
Dünən, 11:40

“Neftçi”nin yarımmüdafiəçisinin Messi ilə vida matçında çıxışı

Futbol
Dünən, 11:17

Tomas Tuxel İngiltərə milli komandası tarixində 20 qalibiyyət rekordu qırdı

Futbol
Dünən, 10:46

Messinin Argentina milli komandası vida matçında bütün qollar onun keçmiş forma nömrələri ilə gəldi

Futbol
Dünən, 09:45

Neftçi futbolçusu Messi üçün hədiyyə təqdim etdi, vida matçında ona qarşı qayda pozuntusu etdi

Futbol
Dünən, 07:04

İngiltərə millisi Çexiyanı 3-0 məğlub etdi: “Yenə əla oyun nümayiş etdirdik”

Futbol
Dünən, 06:16

Lionel Messi 71-ci dəqiqədə penaltı qol və iki məhsuldar ötürməylə yadda qaldı

Oxşar xəbərlər