top
U-23 Avropa Çempionatı: Günay Qurbanovadan qızıl, Gültəkin Şirinovadan gümüş, Ruzanna Məmmədova finalda - YENİLƏNİR Idman.biz
12 mart 2026, 22:27
- ↺ +

U-23 Avropa Çempionatı: Günay Qurbanovadan qızıl, Gültəkin Şirinovadan gümüş, Ruzanna Məmmədova finalda - YENİLƏNİR

Azərbaycanın qadın güləşçisi Günay Qurbanova (59 kq) Serbiyanın Zrenyanin şəhərində təşkil olunan U-23 Avropa çempionatının qalibi adını qazanıb.

İdman.Biz-in məlumatına görə, o, finalda belaruslu Marta Hetmanavanı məğlub edib.

Gültəkin Şirinova (55 kq) isə U-23 Avropa çempionatında gümüş medal qazanıb.

Şirinova finalda macarıstanlı Gerta Terekə 0:11 hesabı ilə məğlub olub.

21:19

Azərbaycan güləşçisi Ruzanna Məmmədova (62 kq çəki dərəcəsində) Serbiyanın Zrenyanin şəhərində keçirilən 23 yaşadək güləşçilər arasında Avropa çempionatının finalına vəsiqə qazanıb.

İdman.Biz-in məlumatına görə, Məmmədova yarımfinalda fransalı İris Matilda Tibunu məğlub edib.

Qeyd etmək lazımdır ki, Azərbaycan güləşçiləri Gültəkin Şirinova və Günay Qurbanova da əvvəllər finala vəsiqə qazanıblar.

16:08

Serbiyanın Zrenyanin şəhərində təşkil olunan güləş üzrə U-23 Avropa çempionatının növbəti görüşləri keçirilib.

İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyası məlumat yayıb.

Bildirilib ki, 62 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Ruzanna Məmmədova uğurlu çıxışını davam etdirib. O, əvvəlcə Bolqarıstan təmsilçisi Fatmə Tahir Şabana üzərində tam üstünlüklə (11:0) qələbə qazanaraq 1/4 finala yüksəlib. R.Məmmədova daha sonra yarımfinala gedən yolda Türkiyə güləşçisi Gülsüm Bingöl ilə qarşılaşıb və rəqibini yenə də tam üstünlüklə (11:0) məğlub edərək yarımfinala vəsiqə qazanıb.

Bundan əlavə ölkəmizi təmsil edən 53 kq çəki dərəcəsində çıxış edən Nərgiz Səmədova isə Litva idmançısı Vestina Daniseviçyutey üzərində 3:0 hesablı qələbə qazanaraq yarımfinala yüksəlib.

72 kq-da mübarizə aparan Zəhra Kərimzadə təsnifat mərhələsində Bolqarıstan təmsilçisi Daniyela Petrova Brasnarova ilə qarşılaşıb. Görüş 2:2 hesabı ilə başa çatsa da, son xal prinsipinə əsasən Azərbaycan güləşçisi məğlub olub.

Avropa çempionatına martın 15-də yekun vurulacaq.

09:24

Serbiyanın Zrenyanin şəhərində təşkil olunan güləş üzrə U-23 Avropa çempionatı davam edir.

İdman.Biz xəbər verir ki, yarışın dördüncü günündə Azərbaycanın daha üç qadın güləşçisi mübarizəyə qoşulacaq.

Nərgiz Səmədova (53 kq) 1/4 final mərhələsində Litvanı təmsil edən Vestina Daniseviçyusla qarşılaşacaq. Ruzanna Məmmədova (62 kq) və Zəhra Kərimzadə (72 kq) isə yarışa təsnifat mərhələsindən start verəcəklər.

Bu gün keçiriləcək final görüşlərində Gültəkin Şirinova (55 kq) Macarıstan idmançısı Gerda Tereklə üz-üzə gələcək. Günay Qurbanova (59 kq) isə həlledici qarşılaşmada Belarus təmsilçisi Marta Hetmanava ilə gücünü sınayacaq.

Qeyd edək ki, daha əvvəl sərbəst güləşçilərdən Ali Tsokayev (92 kq) Avropa çempionu olub. Ceyhun Allahverdiyev (61 kq), Vasif Bağırov (57 kq), Səbuhi Əmiraslanov (79 kq), Yusif Dursunov (125 kq) gümüş, Musa Ağayev (65 kq), Ramik Heybətov (70 kq) və Zəfər Əliyev (97 kq) isə bürünc medal qazanıb.

Avropa çempionatına martın 15-də yekun vurulacaq.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 08:00

Qitələrarası Kubokun final mərhələsinə Qətər ev sahibliyi edəcək

Futbol
Bu gün, 07:31

Manchester Uniteddə paltardəyişmə otağında Karrik və Kunya arasında gərgin mübahisə

Digər
Bu gün, 06:15

Lamin Yamal “Qızıl top” mərasiminə xüsusi təyyarə ilə gedəcək

Futbol
Bu gün, 05:17

Kanselu: Tribunada hər kəs ekspertdir, təzyiqə necə cavab verəcəyini göstər

Futbol
Bu gün, 04:13

Mançester Yunayteddə Əsas Namizəd Eddi Hau

Futbol
Bu gün, 03:09

Luiş Fiqu: "Mourinyo "Barselona" üçün möhtəşəm baş məşqçi olardı"

Futbol
Bu gün, 02:08

Mançester Yunayted kapitanı Bruno Fernandeşin evi Çempionlar Liqası matçı zamanı oğurluq edildi

Futbol
Bu gün, 01:29

“Arsenal” 2026-cı il dünya çempionu Aleks Baenanı transfer etmək istəyir

Futbol
Bu gün, 01:10

Klopp Bavariyanın müdafiə sistemini tam başa düşmür

Futbol
Bu gün, 00:51

PSJ, zədələnən Kvaratskheli yerinə Bayerin Ibrahim Maza transferini planlaşdırır

Futbol
Bu gün, 00:18

Levandovski “Qızıl top” namizədliyi üçün Lamin Yamal, Harry Kane və Michael Olise-ni təriflədii

Qarabağ FK
Dünən, 23:58

Premyer Liqanın IX turunda "Sabah" "Qarabağ"la, "Neftçi" isə "Turan Tovuz"la qarşılaşacaq

Futbol
Dünən, 23:39

Türkiyə Futbol Federasiyasının İntizam Komitəsi 147 klub rəhbərini 45 gün futboldan uzaqlaşdırdı

Digər
Dünən, 23:24

Azərbaycan Milli Olimpiya Komitəsinin nümayəndələri Krasnoyarskda keçirilən 14‑cü Beynəlxalq İdman Forumunda iştirak edir

Futbol
Dünən, 23:08

Barselona hələ rəsmi oyuna çıxmayan yarımmüdafiəçi Brayan Farinyasla müqaviləni uzatmaq niyyətindədir

Futbol
Dünən, 22:53

Simeone Kan İn Linin sağlamlığını qorumaq üçün matçda iştirak etməməsinə qərar verdi

Futbol
Dünən, 22:43

Bakıda keçiriləcək FIFA U-15 Dünya Çempionatı 78 ölkəyə tarix yazdıracaq

Futbol
Dünən, 22:39

Fiqu: 'Eğer birlikte oynasaydık, sol cinaha geçmeliydim'

Güləş
Dünən, 22:32

Azərbaycan Güləş Federasiyası Qazaxıstan İdman Universitetində əməkdaşlıq görüşü keçirdi

Futbol
Dünən, 22:31

Mövlən Paşayev “Şamaxı” Futbol Klubunun Strateji Müşaviri Təyin Olundu

Futbol
Dünən, 22:24

Hans-Diter Flikin El-Klasikoda Havi Espartı əsas heyətdə çəkdiyi gözləntisi

Futbol
Dünən, 22:20

Sabah Arena’da Masazır tribunası yaradılacaq

Digər
Dünən, 22:10

Messi gənc futbolçulara səsləndi: “Qazandığınızdan daha çox məğlub olacaqsınız” - VİDEO

Digər
Dünən, 22:08

Qadın futbol klubları arasında ilk dünya çempionatı ABŞ-də keçiriləcək

Oxşar xəbərlər