top
Qvardiola: İtaliya millisinə baş məşqçilik təklifini qəbul etməyə gücüm çatmadı Apasport.az
Bu gün, 12:06
- ↺ +

Qvardiola: İtaliya millisinə baş məşqçilik təklifini qəbul etməyə gücüm çatmadı

İspaniyalı məşqçi Pep Qvardiola gələcəkdə milli komandalardan birinin baş məşqçisi olmaq istədiyini açıqlayıb.

Apasport.az xəbər verir ki, bu barədə 55 yaşlı mütəxəssis Braziliya futbolunun əfsanəsi Romarionun "Romario TV" proqramına müsahibəsində danışıb.

"Mançester Siti"nin sabiq baş məşqçisi növbəti hədəfinin milli komanda çalışdırmaq olduğunu bildirib:

"Məşqçi kimi növbəti hədəfim milli komandaya rəhbərlik etməkdir. Hələ hansı komanda olacağını bilmirəm. Hazırda istirahət edirəm və özümü yaxşı hiss edirəm. Yenidən məşqçiliyə qayıtsam, bu, öz istəyimlə və mənə ehtiyac duyan bir komandanın olması ilə bağlı olacaq".

Qvardiola İtaliya millisindən təklif aldığını da ilk dəfə təsdiqləyib. Onun sözlərinə görə, İtaliya Futbol Federasiyası adından Paolo Maldini və Leonardo onunla əlaqə saxlayıblar:

"İtaliyaya "yox" deməyə utandım. Belə bir ölkənin milli komandasını çalışdırmaq karyeramın ən böyük şərəflərindən biri olardı. Ancaq həmin vaxt dayanmağa ehtiyacım olduğunu anladım. İki il əvvəl müraciət etsəydilər, yəqin ki, təklifi qəbul edərdim.

Maldini və Leonardoya böyük hörmətim var. Amma 18 il ərzində demək olar ki, hər üç gündən bir oyun keçirmişəm. Elə məqam gəlir ki, insanın fasiləyə ehtiyacı olur".

İspaniyalı mütəxəssis məşqçiliyə qayıdacağı vaxtın hələ məlum olmadığını da vurğulayıb:

"Düzünü desəm, nə vaxt qayıdacağımı bilmirəm. Hazırda hər şey qaydasındadır. Yenidən işləmək istəyim yaransa və mənimlə maraqlanan komanda olsa, qayıda bilərəm. Çox uzun illər ərzində həddindən artıq oyun keçirmişəm".

Qvardiola müsahibədə Braziliya millisinin baş məşqçisi Karlo Ançelotti barədə də danışıb:

"Ançelottini yaxşı tanıyıram. Onun komandalarına qarşı dəfələrlə oynamışam və məni çox məğlub edib. Möhtəşəm insandır. Onun məşqçilik bacarığına heç vaxt şübhə etmərəm. Milli komandada işləmək fərqlidir, çünki futbolçularla daha az vaxt keçirirsən. Ancaq o, buna uyğunlaşa biləcək mütəxəssisdir".

Qeyd edək ki, Pep Qvardiola 2026-cı ilin yayında "Mançester Siti"dən ayrılıb. O, İngiltərə klubunu 10 il çalışdırıb, bu müddətdə altı dəfə Premyer Liqanın, üç dəfə İngiltərə Kubokunun və bir dəfə UEFA Çempionlar Liqasının qalibi olub. İspaniyalı mütəxəssis daha əvvəl "Barselona" və "Bavariya"nın da baş məşqçisi olub.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 12:20

Yorunun

Voleybol
Bu gün, 12:14

«Turan» Çempionlar Liqasındakı ev oyunlarını Tovuz Olimpiya İdman Kompleksində keçirəcək

Futbol
Bu gün, 12:09

"Beşiktaş" "Hapoel"lə matça cəzalı Ümit Akdağsız çıxacaq

Tennis
Bu gün, 12:02

Fransalı tennisçi Artur Rinderkneş dopinq testindən imtina etdiyinə görə 4 il cəzalana bilər

Futbol
Bu gün, 12:00

Xosep Qvardiola İtaliya milli komandası təklifini rədd etdi

Futbol
Bu gün, 12:00

"Şimal"ın məşqçisi Tural Cəlilov: "Zaqatala"ya 4:1 qələbə komandamızın oyununa verilən yaxşı qiymətdir

Şahmat
Bu gün, 11:59

15 yaşlı Azərbaycan şahmatçısı dünya çempionatının liderini təqib edir

Qarabağ FK
Bu gün, 11:58

Əvəzedicilər Liqası: X turun oyunları noyabrın 27-30-da keçiriləcək

Futbol
Bu gün, 11:45

Daşdəmirov: "Barselona"ya qarşı oynamaq hər futbolçunun arzusudur"

Futbol
Bu gün, 11:45

Çempionlar Liqasında tarixi duel: Arda Turan və Emre Belözoğlu bədən bədənə

Qarabağ FK
Bu gün, 11:40

“Qarabağ”ın bazar dəyəri son beş ildə kəskin düşməyib, yalnız 25,83 milyon avro göstəricisi kifayət deyil

Futbol
Bu gün, 11:37

Şəfa klubu baş məşqçi Zaur Həşimova davamlı əməkdaşlıq qərarı verdi

Futbol
Bu gün, 11:28

Enrike: “Tələsik transfer etməyəcəyik, bu bizim stilimiz deyil”

Tennis
Bu gün, 11:25

Rinderkneş dopinq testindən imtina etdiyinə görə dörd ilədək diskvalifikasiya cəzası ala bilər

Digər
Bu gün, 11:20

Klub prezidentinin qaranlıq əməlləri bir-bir üzə çıxır

Cüdo
Bu gün, 11:14

Bakıda cüdo məşqçiləri üçün 6 günlük peşəkar inkişaf proqramı keçiriləcək

Basketbol
Bu gün, 11:11

Stiv Kerr MBA-da ən çox qazanan baş məşqçi oldu

Futbol
Bu gün, 11:08

"Sabah" və "Fənərbaxça"nın UEFA Çempionlar Liqasındakı matçları bu kanallarda canlı yayımlanacaq

Futbol
Bu gün, 11:02

UEFA Gənclər Liqası V tur: "Sabah" U19 "Barselona" ilə Bank Respublika Arenada qarşılaşacaq

Futbol
Bu gün, 11:00

Cahangir Həsənzadə: "Barselona ilə müsabiqə qeyri-real görünə bilər"

Futbol
Bu gün, 10:59

Milanın fransalı yarımmüdafiəçisi Rabyo 2030-ə qədər müqaviləni uzatmaq üçün hazır

Futbol
Bu gün, 10:56

Haaland öz soyadının əmtəə nişanı kimi qeydiyyatına qarşı məhkəməyə baş vurub

Futbol
Bu gün, 10:55

UEFA Avropa Liqasında Türkiyə və İsrail azarkeşləri illər sonra yenidən eyni stadionda olacaq

Oxşar xəbərlər