top
Sabah Şəriəti: Məşqçi olmaq daha məsuliyyətli və ağırdır - MÜSAHİBƏ Idman.biz
12 mart 2026, 15:44
- ↺ +

Sabah Şəriəti: "Məşqçi olmaq daha məsuliyyətli və ağırdır" - MÜSAHİBƏ

"Azərbaycan güləşində ağır çəkidə həmişə müəyyən çatışmazlıq olub. Yüngül çəkilərdə isə səviyyə kifayət qədər yüksəkdir".

Bunu Serbiyanın Zrenyanin şəhərində keçirilən U-23 Avropa çempionatında iştirak edən yunan-Roma güləşi üzrə Azərbaycan millisinin iranlı məşqçisi Sabah Şəriəti AZƏRTAC-a müsahibəsində deyib.

"Rio-de-Janeyro-2016" Yay Olimpiya Oyunlarının bürünc, Avropa çempionatının gümüş və üçqat bürünc mükafatçısı idmançı karyerasından məşqçiliyə keçid, Azərbaycan güləşində ağır çəki ilə bağlı vəziyyət və gələcək hədəfləri barədə danışıb.

Həmin müsahibəni təqdim edirik.

- İdmançı karyerasını bitirib birbaşa məşqçi kimi fəaliyyətə başlamaq sizin üçün necə hissdir? Xalçanın üzərində, yoxsa kənarında olmaq daha çətindir?

- Çətin sualdır, amma məncə, məşqçi olmaq daha məsuliyyətli və ağırdır. Çünki idmançı ancaq özü barədə düşünür və öz nəticəsinə görə məsuliyyət daşıyır. Amma məşqçi olandan sonra artıq bütün komanda haqqında düşünməlisən. Hər bir uşağı, hər bir şəraiti nəzərə almalısan və belə olan halda məsuliyyət daha da ağırlaşır. Bir məşqçi kimi həm psixoloji, həm texniki, həm taktiki baxımdan hər şeyə nəzarət etməlisən. İdmançı olanda isə bunu düşünmürsən. İdmançı əsgər kimidir, məşqçi nə deyirsə, onu da etməlidir.

- Hazırda yığmada ağır çəkidə (130 kiloqram) sizin yerinizi tuta biləcək perspektivli gənclər varmı?

- Azərbaycan güləşində ağır çəkidə həmişə müəyyən çatışmazlıq olub. Yüngül çəkilərdə isə səviyyə kifayət qədər yüksəkdir. Amma ağır çəkilərdə bir az çətinlik yaşayırıq. Azərbaycanlıların fiziki quruluşuna görə ağır çəkidə idmançıların sayı az olur. Buna görə də səviyyə bir qədər aşağıdır. Amma çalışırıq ki, ağır çəki üçün də idmançıları hazırlayaq və bu sahədə dəyişiklik edək. Təbii ki, hazırda bir az çətindir, amma optimist yanaşırıq. Ümid edirəm ki, gələcəkdə daha güclü idmançılar yetişdirə biləcəyik və bu sahədə də inkişaf olacaq. Bu isə yavaş-yavaş baş verəcək.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 09:53

Azərbaycan UEFA reytinqində 24-cü pillədə qalaraq mövqeyini saxladı

Basketbol
Bu gün, 09:43

Azərbaycan Basketbol Liqasında IV Turun İlk Oyununda Sabah NTD-İ Həsr Olunur;

Futbol
Bu gün, 09:40

İsveçrə U-15 Milli Komandasının Dünya Kubokuna Qatılmama Səbəbi Açıqlandı

Futbol
Bu gün, 09:39

23 Oktyabr: Avropada keçiriləcək əsas futbol oturumu

Futbol
Bu gün, 09:38

40 evdə məğlubiyyətsiz: 'Bavariya' Çempionlar Liqasında rekord qoyur

Futbol
Bu gün, 09:31

Misli Premyer Liqası: “Araz-Naxçıvan” – “Qəbələ” (23 Oktyabr, 15:00)

Futbol
Bu gün, 09:20

Türkiyə liqasının ən dəyərli üç futbolçusunun reytinqi

Futbol
Bu gün, 09:08

Runi, Manchester United futbolçularını sərt tənqid etdi: "Məsuliyyət daşımır"

Digər
Bu gün, 09:01

Kür handbol komandası Mingəçevirdə Bosniya klubu ilə EHF Avropa Kubokunda qarşılaşacaq

Futbol
Bu gün, 09:00

Zirə vs Sumqayıt: Qaratalların Kimyaçılarla mübarizəsi

Formula 1
Bu gün, 08:49

18 yaşlı pilot Freddi Sleyter \"Audi\" üçün Formula 1-də debüt edəcək

Futbol
Bu gün, 08:40

İsveç U-15 milli komandası Bakıda keçiriləcək dünya kubokunda iştirak etməyəcək

Digər
Bu gün, 08:24

Venesiya marafonunda 124 ölkədən 24,000 iştirakçı

Futbol
Bu gün, 08:20

Şamaxıda Araz-Naxçıvan – Qəbələ qarşılaşması

Futbol
Bu gün, 08:00

Qitələrarası Kubokun final mərhələsinə Qətər ev sahibliyi edəcək

Futbol
Bu gün, 07:31

Manchester Uniteddə paltardəyişmə otağında Karrik və Kunya arasında gərgin mübahisə

Digər
Bu gün, 06:15

Lamin Yamal “Qızıl top” mərasiminə xüsusi təyyarə ilə gedəcək

Futbol
Bu gün, 05:17

Kanselu: Tribunada hər kəs ekspertdir, təzyiqə necə cavab verəcəyini göstər

Futbol
Bu gün, 04:13

Mançester Yunayteddə Əsas Namizəd Eddi Hau

Futbol
Bu gün, 03:09

Luiş Fiqu: "Mourinyo "Barselona" üçün möhtəşəm baş məşqçi olardı"

Futbol
Bu gün, 02:08

Mançester Yunayted kapitanı Bruno Fernandeşin evi Çempionlar Liqası matçı zamanı oğurluq edildi

Futbol
Bu gün, 01:29

“Arsenal” 2026-cı il dünya çempionu Aleks Baenanı transfer etmək istəyir

Futbol
Bu gün, 01:10

Klopp Bavariyanın müdafiə sistemini tam başa düşmür

Futbol
Bu gün, 00:51

PSJ, zədələnən Kvaratskheli yerinə Bayerin Ibrahim Maza transferini planlaşdırır

Oxşar xəbərlər