top
L'Équipe Sabah futbolçusu Stiv Solvet haqqında yazdı: Məğlub olsam, azarkeşlərlə sağollaşıb gedəcəyəm Idman.biz
Bu gün, 12:29
- ↺ +

"L'Équipe" Sabah futbolçusu Stiv Solvet haqqında yazdı: "Məğlub olsam, azarkeşlərlə sağollaşıb gedəcəyəm"

Fransanın nüfuzlu "L'Équipe" nəşri Azərbaycanın "Sabah" futbol komandasının müdafiəçisi Stiv Solvet haqqında geniş məqalə dərc edib.

İdman.Biz xəbər verir ki, yazıda 30 yaşlı futbolçunun karyerası, Azərbaycana gəlişi və UEFA Çempionlar Liqasında İspaniyanın "Barselona" komandası ilə qarşılaşma öncəsi təəssüratları yer alıb.

Nəşr qeyd edir ki, 2025-ci ilin yayında "Sabah"a transfer olunan müdafiəçi karyerasının ən yaddaqalan oyunlarından birinə hazırlaşır. Parisdən 3800 kilometr uzaqlıqda yaşayan futbolçu hətta qarşılaşmaya 24 saat qalmış bərbərə getməyi də unutmayıb.

2020-2024-cü illərdə Fransanın üçüncü liqasında 95 oyun keçirən Solvet indi 65 min azarkeşin gələcəyi gözlənilən Bakı Olimpiya Stadionunda dünya futbolunun nəhənglərindən birinə qarşı meydana çıxmağa hazırlaşır.

"Bu anı yaşamaq böyük şansdır. Onların necə oynadıqlarını, meydanda necə hərəkət etdiklərini görmək üçün səbirsizlənirəm. Bu, mənim üçün çox şey öyrənəcəyim oyun olacaq. Amma özümə əlavə təzyiq göstərmirəm", - deyə müdafiəçi bildirib.

Anası Fransaya getməsinə razılıq verməyib

Qvadelupanın Sent-An şəhərində böyüyən Solvet üç yaşında futbolla tanış olub. Onun ilk örnəkləri Fransanın "Marsel" futbol klubunun azarkeşi olan atası və böyük qardaşı olub:

"Şəraitin necə olması bizi maraqlandırmırdı. Topumuz var idi və əylənirdik".

Antil-Qviana İdman Hazırlığı Mərkəzində təhsil alan futbolçu yalnız 18 yaşında Fransanın Avropa hissəsinə yollanıb. Buna qədər anası onun ailəsindən ayrılması üçün hələ tez olduğunu düşünürdü.

Solvet əvvəlcə "Bisaym", daha sonra Fransanın üçüncü liqasında mübarizə aparan "Strasbur" klubunda çıxış edib. Peşəkar futbolçularla birlikdə məşqlərə qatılmasına baxmayaraq, yüksək səviyyədə oynamaq imkanı əldə edə bilməyib.

"Qvadelupadan yeni gəlmişdim, təcrübəm çatışmırdı. Həmçinin yetkinlik baxımından, meydandan kənarda və paltardəyişmə otağında baş verənlərə münasibətdə çatışmazlıqlarım var idi".

Futbolçu Fransaya gəlişindən səkkiz il sonra, 2022-ci ildə "Orlean" klubu ilə ilk peşəkar müqaviləsini imzalayıb.

Fransada futbolçuya qarşı qərəzli münasibət

"Orlean"da Solvetnin baş məşqçisi olan Kərim Mokeddem keçmiş futbolçusunun uzun müddət yanlış yanaşmanın qurbanı olduğunu bildirib:

"Strasbur"da onu laqeyd, hətta təkəbbürlü futbolçu kimi qələmə verirdilər. Fransada insanlara belə damğalar vururlar. Stiv bundan əziyyət çəkirdi".

Mütəxəssis Solvetni sədaqətli və insana bağlı futbolçu kimi xarakterizə edib. O, ailə problemi səbəbindən oyundan dərhal sonra komandanı tərk etməli olduğu gün müdafiəçinin vurduğu qolu məhz onunla qeyd etdiyini xatırladıb.

"O, sənin üçün oda girər. Məşqçi kimi sən də onun üçün eyni şeyi edərsən".

Fransa klublarının əvəzinə Azərbaycanı seçib

Solvet "Orlean"dan ayrıldıqdan sonra 2024-cü ildə "Martiq"in heyətində Fransa Liqa 2-də debüt edib. Lakin klubun maliyyə problemləri səbəbindən komandanı tərk etmək məcburiyyətində qalıb.

2025-ci ilin yayında futbolçu ilə Fransanın "Po", "Kan" və "Soşo" klubları maraqlanıblar. Lakin daha geniş maliyyə imkanlarına malik "Sabah"dan da təklif alan müdafiəçi karyerasını Azərbaycanda davam etdirməyə qərar verib.

191 santimetr boya malik Solvet əsasən mərkəz müdafiəçisi mövqeyində çıxış etsə də, yarımmüdafiədə də oynaya bilir.

Fransanın "Set" klubunda iki mövsüm onunla çalışan Nikola Gibal futbolçunun atletik xüsusiyyətləri, çevikliyi və soyuqqanlılığı ilə seçildiyini vurğulayıb:

"Hansı oyun olursa-olsun, sanki heç bir həyəcan keçirmirdi. Məşqçilik karyeranız ərzində çoxlu futbolçu ilə qarşılaşırsınız, amma o, digərlərindən daha çox yaddaşımda qalıb".

Məğlub olsa, "Barselona" futbolçularından forma istəməyəcək

"Barselona" ilə qarşılaşmaya digər oyunlar kimi yanaşdığını bildirən Solvet rəqib futbolçulardan birinin formasını almaq istəyib-istəmədiyi barədə suala da maraqlı cavab verib:

"Belə şeylərə çox həvəsim yoxdur. Məğlub olsam, qətiyyən forma istəməyəcəyəm. Azarkeşlərlə sağollaşıb gedəcəyəm. Məğlubiyyətlə barışa bilməyən adamam", - deyə futbolçu gülümsəyərək bildirib.

Qeyd edək ki, UEFA Çempionlar Liqasının əsas mərhələsinin beşinci turu çərçivəsində keçiriləcək "Sabah" - "Barselona" qarşılaşması bu gün Bakı Olimpiya Stadionunda saat 21:45-də başlayacaq.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Güləş
Bu gün, 12:40

Azərbaycan Güləş Federasiyasının baş katibi elmi-praktik konfransda çıxış edib

Futbol
Bu gün, 12:40

Sabah müdafiəçisi Timoteuş Puxaç Barselona qolkiperi Voysex Şesnı ilə görüşdü

Futbol
Bu gün, 12:20

Yorunun

Voleybol
Bu gün, 12:14

«Turan» Çempionlar Liqasındakı ev oyunlarını Tovuz Olimpiya İdman Kompleksində keçirəcək

Futbol
Bu gün, 12:09

"Beşiktaş" "Hapoel"lə matça cəzalı Ümit Akdağsız çıxacaq

Futbol
Bu gün, 12:06

Qvardiola: İtaliya millisinə baş məşqçilik təklifini qəbul etməyə gücüm çatmadı

Tennis
Bu gün, 12:02

Fransalı tennisçi Artur Rinderkneş dopinq testindən imtina etdiyinə görə 4 il cəzalana bilər

Futbol
Bu gün, 12:00

Xosep Qvardiola İtaliya milli komandası təklifini rədd etdi

Futbol
Bu gün, 12:00

"Şimal"ın məşqçisi Tural Cəlilov: "Zaqatala"ya 4:1 qələbə komandamızın oyununa verilən yaxşı qiymətdir

Şahmat
Bu gün, 11:59

15 yaşlı Azərbaycan şahmatçısı dünya çempionatının liderini təqib edir

Qarabağ FK
Bu gün, 11:58

Əvəzedicilər Liqası: X turun oyunları noyabrın 27-30-da keçiriləcək

Futbol
Bu gün, 11:45

Daşdəmirov: "Barselona"ya qarşı oynamaq hər futbolçunun arzusudur"

Futbol
Bu gün, 11:45

Çempionlar Liqasında tarixi duel: Arda Turan və Emre Belözoğlu bədən bədənə

Qarabağ FK
Bu gün, 11:40

“Qarabağ”ın bazar dəyəri son beş ildə kəskin düşməyib, yalnız 25,83 milyon avro göstəricisi kifayət deyil

Futbol
Bu gün, 11:37

Şəfa klubu baş məşqçi Zaur Həşimova davamlı əməkdaşlıq qərarı verdi

Futbol
Bu gün, 11:28

Enrike: “Tələsik transfer etməyəcəyik, bu bizim stilimiz deyil”

Tennis
Bu gün, 11:25

Rinderkneş dopinq testindən imtina etdiyinə görə dörd ilədək diskvalifikasiya cəzası ala bilər

Digər
Bu gün, 11:20

Klub prezidentinin qaranlıq əməlləri bir-bir üzə çıxır

Cüdo
Bu gün, 11:14

Bakıda cüdo məşqçiləri üçün 6 günlük peşəkar inkişaf proqramı keçiriləcək

Basketbol
Bu gün, 11:11

Stiv Kerr MBA-da ən çox qazanan baş məşqçi oldu

Futbol
Bu gün, 11:08

"Sabah" və "Fənərbaxça"nın UEFA Çempionlar Liqasındakı matçları bu kanallarda canlı yayımlanacaq

Futbol
Bu gün, 11:02

UEFA Gənclər Liqası V tur: "Sabah" U19 "Barselona" ilə Bank Respublika Arenada qarşılaşacaq

Futbol
Bu gün, 11:00

Cahangir Həsənzadə: "Barselona ilə müsabiqə qeyri-real görünə bilər"

Oxşar xəbərlər