top
Rıza Kayaalp: “Əvvəllər Avropada 1-2 medal ala bilərəmmi deyə düşünürdüm”– İDMAN.BİZ ALBANİYADAN + VİDEO Idman.biz
22 aprel 2026, 00:25
- ↺ +

Rıza Kayaalp: “Əvvəllər Avropada 1-2 medal ala bilərəmmi deyə düşünürdüm”– İDMAN.BİZ ALBANİYADAN + VİDEO

Türkiyənin yunan-Roma güləşçisi Rıza Kayaalp Albaniyanın paytaxtı Tiranada qazandığı 13-cü Avropa çempionluğundan sonra təəssüratlarını bölüşüb. 130 kq çəki dərəcəsində Aleksandr Karelinin rekordunu qıran idmançı bu nailiyyətin olduqca çətin bir prosesin nəticəsi olduğunu bildirib.

İdman.Biz-in Albaniyaya ezam olunmuş əməkdaşı xəbər verir ki, rekordçu pəhləvan 2010-cu ildən bu yana göstərdiyi sabitliyin sirrini işinə olan hörməti ilə əlaqələndirib.

O, 15 il ərzində qatıldığı bütün Avropa çempionatlarında finala yüksəldiyini xatırladıb:

"Qırılması çox çətin bir çempionluğa imza atmışam. Olimpiya çempionluğuna bərabər bir çempionluqdur mənim üçün. Avropada bu qələbəni əldə etmək çox çətin idi. Əvvəllər Avropada 1-2 medal ala bilərəmmi deyə düşünürdüm. Bir uşaq doğulub 15 yaşına çatana qədər mən hər il final güləşmişəm. Bu, böyük sabitlik və zəhmət tələb edir. Əgər bu işi görürəmsə, ən yaxşısını etməliyəm deyə düşündüm. Hər zaman işimi sevərək gördüm və gənclərə örnək olmağa çalışdım".

Yarışın gedişatına toxunan Kayaalp finala qədərki yolun asan olmadığını, yarımfinalda rəqib tərəfindən hörmətsizliklə üzləşdiyini qeyd edib. Bununla belə, final görüşünün daha rahat keçdiyini deyən güləşçi, xal verməyi sevməyən bir idmançı kimi 7:0 hesablı üstünlüyü qorumağı bacardığını vurğulayıb.

Rıza Kayaalp bu tarixi qələbəsini ailəsinə və bütün türk xalqına həsr etdiyini bildirib:

"Bu sevincli və kədərli günlərimdə hər zaman yanımda olan həyat yoldaşıma, qızlarıma, valideynlərimə və bizi sevən hər kəsə bu uğuru ərmağan edirəm. Bu, həqiqətən də çox böyük bir uğurdur".

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 11:20

Mançester Yunayted azarkeşləri Roma oyununda etiraz aksiyası keçirdi

Digər
Bu gün, 11:14

Fərid Qayıbov: “İdmanda davamlı uğurları və infrastrukturu gücləndirməyi məqsəd qoyuruq”

Voleybol
Bu gün, 11:05

AZERRAIL və Ordu komandaları arasında kişi voleybolu Super Liqası üçüncü turu dueli

Qarabağ FK
Bu gün, 11:00

«Qarabağ»ın səviyyəli oyunçusu Aleksey Kaşuk ukrayna millisinə ilk dəfə dəvət olunub

Voleybol
Bu gün, 10:59

CEV Turan'ı Azərbaycanın ən uğurlu voleybol klubları ilə müqayisə etdi

Qarabağ FK
Bu gün, 10:44

Qarabağ hücumçusu Kaşuk ilk dəfə Ukrayna milli komandasına çağırıldı

Futbol
Bu gün, 10:28

Əşrəf Hakimi: Messi gəlməsi oyun stilimi dəyişdi, zövq ala bilmədim

Minifutbol
Bu gün, 10:07

İtalyan hakimlər komandası Azərbaycan‑Çexiya futsal matçını idarə edəcək

Futbol
Bu gün, 10:02

Maykl Karrik, Şi Leysin çıxışını tərifləyir: “Meydanda hamını ruhlandırdı”

Voleybol
Bu gün, 10:00

Turan Tovuzun Voleybol Qələbəsi Avropada, Futbol Takımının Gözləmələri

Futbol
Bu gün, 09:58

UEFA Avropa Liqası: Renn evində Olimpiakosla qarşılaşacaq

Futbol
Bu gün, 09:49

Luis Enrike PSJ-də 127 qələbə ilə ən çox qələbə qazanan məşqçi oldu

Qarabağ FK
Bu gün, 09:47

UEFA Gənclər Liqası: Sabah və Qarabağ U-19 komandaları bu gün Norveç və Xorvatiyada qarşılaşacaqlar;

Futbol
Bu gün, 09:43

UEFA Çempionlar Liqası: Real, Fənərbağça və Manchester City qarşılaşacaq

Futbol
Bu gün, 09:40

Qalatasaray rəhbərliyi rusiyalı futbolçunun müqaviləsində 55M avrolu sərbəst qalma bəndini dəyişdirmək istədi

Futbol
Bu gün, 09:23

‘Sabah’ futbolu ‘Vikinq’in qonağına çıxacaq

Basketbol
Bu gün, 09:22

LANDAU Lions, FIBA Avropa Kubokunda Benfika ilə Qarşılaşacaq

Futbol
Bu gün, 09:20

Karlos Visens Barcelona üçün yeni baş məşqçi ola bilər

Futbol
Bu gün, 09:08

Mourinyo Real Madridin Yunanıstandakı 1/8 qalibiyyətini açıq şəkildə qeyd etdi

Basketbol
Bu gün, 09:07

«Neftçi» basketbol komandası FIBA Avropa Kubokunda beşinci oyununu Plovdivda Lokomotiv (Bulgariya) ilə oynayacaq

Futbol
Bu gün, 09:00

ÇL: "Sabah" "Vikinq"də qonaq olacaq

Futbol
Bu gün, 08:40

Skott Parker, Vest Hem-in yeni baş məşqçisi oldu

Futbol
Bu gün, 08:05

"İnter" Ikardi üçün transfer planında deyil - Marotta açıqlaması

Futbol
Bu gün, 08:00

İngiltərə klubu Said El-Malanı və qardaşı Malek El-Malanı transfer etmək istəyir

Oxşar xəbərlər