İdman Arbitraj Məhkəməsi (CAS) Afrika Millətlər Kubokunun çempionluq titulunu Seneqal millisinə qaytarıb.
Oxu.Az xəbər verir ki, bu barədə CAS-ın rəsmi saytında yayımlanan press-relizdə bildirilib.
Yanvarın 18-də Rabatda keçirilən Afrika Millətlər Kubokunun finalında əsas vaxta əlavə edilmiş dəqiqələrdə Seneqal yığmasının qapısına penalti təyin edilmişdi. Buna etiraz edən Seneqal millisinin futbolçuları meydanı tərk etmişdilər.
İdman Mərakeş millisi iki ay sonra Afrika Millətlər Kubokunun qalibi elan edildi13 dəqiqə sonra oyun bərpa olunub və Brahim Dias penalti zərbəsini dəqiq yerinə yetirə bilməyib. Görüşün əsas vaxtı 0:0 hesabı ilə başa çatıb. Əlavə vaxtda Pap Qeyenin vurduğu qol Seneqal millisinə qələbə qazandırıb.
Martın 17-də Afrika Futbol Konfederasiyası futbolçuların meydanı tərk etmələri və 10 dəqiqədən artıq müddətdə geri qayıtmamaları səbəbindən Seneqal millisinə texniki məğlubiyyət verib. Nəticədə çempionluq titulu Mərakeş yığmasına təqdim olunub.
CAS-ın son qərarı ilə Seneqal millisi yenidən Afrika Millətlər Kubokunun qalibi elan edilib.