top
İtaliyada qırmızı vərəqə alan futbolçu meydana bıçaqla qayıtdı Idman.biz
Bu gün, 18:58
- ↺ +

İtaliyada qırmızı vərəqə alan futbolçu meydana bıçaqla qayıtdı

İtaliyanın Marsala şəhərində keçirilən həvəskar futbol matçında qalmaqallı hadisə baş verib.

İdman.Biz ANSA agentliyinə istinadən xəbər verir ki, insident noyabrın 22-də Trapani əyalətinin həvəskarlar çempionatının dördüncü turunda "Qalaktik Paolini" və "Atletik Partanna" komandaları arasında keçirilən görüşdə yaşanıb.

Qonaq klubun açıqlamasına əsasən, meydan sahiblərinin 10 nömrəli futbolçusu qarşılaşma zamanı dəfələrlə rəqibin ehtiyat oyunçular skamyasındakı şəxsləri təhqir edib. Daha sonra oyun dayandığı zaman rəqib futbolçuya təpiklə zərbələr endirib.

Baş hakim həm həmin futbolçuya, həm də oyunçusuna kömək etmək üçün müdaxilə edən "Atletik Partanna"nın baş məşqçisinə qırmızı vərəqə göstərib.

Lakin meydandan qovulan futbolçu soyunub-geyinmə otağından əlində bıçaqla geri qayıdıb. O, rəqib komandanın məşqçisini, futbolçularını və rəhbər şəxslərini hədələyib, hətta klub rəsmilərindən birinin boğazından yapışıb.

Hakim qarşılaşmanı yarımçıq dayandırıb. "Atletik Partanna"nın vitse-prezidentinin çağırışı ilə hadisə yerinə gələn polis əməkdaşları şahidlərin ifadələrini alıb və insident iştirakçılarının şəxsiyyətini müəyyənləşdiriblər.

İtaliya Milli Həvəskarlar Liqasının Siciliya komitəsinin prezidenti Sandro Morqana hadisəni kəskin şəkildə pisləyib.

O, futbolçunun təqsiri təsdiqlənəcəyi təqdirdə sərt cəzalandırılmasını və futbol meydanlarından uzaqlaşdırılmasını tələb edib.

"Atletik Partanna" rəhbərliyi isə hadisə ilə bağlı İtaliya Futbol Federasiyasına və aidiyyəti dövlət qurumlarına müraciət edəcəyini açıqlayıb.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Digər
Bu gün, 19:10

CAS Afrika Millətlər Liqasının qalibini elan etdi – RƏSMİ

Futbol
Bu gün, 19:03

Sabah, Bakı Olimpiya Stadionunda Barselona qarşısında son məşqini keçirib

Qarabağ FK
Bu gün, 19:00

Gəncədə “Qarabağ”ı da heyran edən FUTBOL GECƏSİ

Futbol
Bu gün, 18:55

Afrika futbolda tarixi qərar – Senegal yenidən çempiondur!

Futbol
Bu gün, 18:37

“Yamalın Bakıya gəlməməsinə görə üzülürəm” – Dambrauskas

Futbol
Bu gün, 18:34

Arda Turandan “Fənərbaxça”ya mesaj: “Geri çəkilməyəcəyik”

Futbol
Bu gün, 18:29

Lukaku “Fənərbağça”dan ayrıla bilər

Futbol
Bu gün, 18:22

Umarali Raxmonaliyev: "Barselona" ilə oyunda əlimizdən gələnin ən yaxşısını edəcəyik

Digər
Bu gün, 18:20

Valdas Dambrauskas: Müdafiədə məyyən boşluqlarımız ola bilər

Futbol
Bu gün, 18:20

Umarali Raxmonaliyev: 100 %dən artıq performans göstərəcəyik

Futbol
Bu gün, 18:20

Arda ”Real”dakı komanda yoldaşına nə hədiyyə etdi? - FOTO

Qarabağ FK
Bu gün, 18:18

Barselona

Futbol
Bu gün, 18:13

Dambravskas Sabah — Barselona matçı öncəsi: "Barselona"da zəif tərəf tapmaq çətindir, Lamine Yamalın olmaması bizi narahat etmir

Futbol
Bu gün, 18:13

PSJ “Barselona”nın transfer edə bilmədiyi futbolçunu istəyir

Boks
Bu gün, 18:10

Boksçumuz ardıcıl üçüncü dəfə Avropa çempionu oldu

Voleybol
Bu gün, 18:10

“ORDU”dan qələbə

Futbol
Bu gün, 18:03

“Sabah” - “Barselona” oyununa görə bəzi marşrutların hərəkət sxemi dəyişdiriləcək

Basketbol
Bu gün, 18:02

“Siz bununla azarkeşləri aldadırsınız”

Boks
Bu gün, 17:58

Azərbaycan boksçusu ardıcıl üçüncü dəfə Avropa çempionu olub

Futbol
Bu gün, 17:58

Mehmet Topal: “Barselona” ilə oyun Azərbaycan futbolu üçün mühüm hadisədir”

Qarabağ FK
Bu gün, 17:46

Patrik Andrade: “Premyer Liqa tədricən inkişaf edir, amma komandamız çətin dövrdədir”

Digər
Bu gün, 17:45

Sterlinq: "Xoşunuza gəlmirsə, Amerikaya gəlməyin"

Futbol
Bu gün, 17:40

Liqada “saxta” oyun və ya komanda niyə meydandan çıxmaq istədi? - Olayın VİDEOsu

Oxşar xəbərlər