top
Norveçli futbolçu Erling Haalandın soyadını kommersiya məqsədilə istifadə edən polşalı elektrik ustası ilə məhkəmə mübahisəsi Idman.biz
Bu gün, 19:26
- ↺ +

Norveçli futbolçu Erling Haalandın soyadını kommersiya məqsədilə istifadə edən polşalı elektrik ustası ilə məhkəmə mübahisəsi

İngiltərənin "Mançester Siti" klubunun və Norveç millisinin hücumçusu Erlinq Holand öz soyadından kommersiya məqsədilə istifadə hüququ uğrunda məhkəmə mübarizəsi aparır.

İdman.Biz xəbər verir ki, qalmaqala səbəb Norveçdə çalışan polşalı elektrik ustası Mixal Vasın "Haaland" adını əmtəə nişanı kimi qeydiyyatdan keçirməsi olub.

Futbolçu problemlə ilk dəfə 2023-cü ildə Avropa İttifaqında şəxsi brendini qeydiyyatdan keçirmək istəyərkən üzləşib. Məlum olub ki, polşalı elektrik ustası artıq bu ad üzərində hüquq əldə edib.

Qeydiyyat idman geyimləri, protein əlavələri, enerji içkiləri, idman çantaları, spirtli içkilər, yoqurtlar, oyuncaqlar və hətta qadın alt paltarları da daxil olmaqla 16 məhsul kateqoriyasını əhatə edib.

Avropa İttifaqının Əqli Mülkiyyət İdarəsinin ekspertləri elektrik ustasının futbolçunun məşhurluğundan haqsız şəkildə faydalanmağa çalışdığı qənaətinə gəliblər və əmtəə nişanının qeydiyyatı ləğv edilib.

Lakin Vas qərarla razılaşmayaraq Avropa İttifaqının Ümumi Məhkəməsinə müraciət edib.

Holandın vəkilləri qeydiyyat zamanı futbolçunun Polşada kifayət qədər məşhur olduğunu və elektrik ustasının vicdansız niyyətlə hərəkət etdiyini bildiriblər.

Vas isə "Haaland" adının "High Advanced Activity Land" ifadəsindən yarandığını iddia edib. Ekspertlər onun arqumentlərini inandırıcı hesab etməyiblər.

Bu, 26 yaşlı norveçli futbolçunun cari ildə üzləşdiyi ilk hüquqi mübahisə deyil. Daha əvvəl onun nümayəndələri Holandın uzun saç düzümünün reklam məqsədilə təyyarə şəklinə əlavə edilməsinə görə Norveç aviaşirkətinə qarşı məhkəmə iddiası qaldırıblar.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 19:40

Türkiyənin adlı-sanlı klubu Azərbaycanda çalışan baş məşqçi ilə niyə anlaşmayıb?

Qarabağ FK
Bu gün, 19:40

“Qolu vurandan sonra gözlərim dolmuşdu, çox kövrəlmişdim”

Futbol
Bu gün, 19:37

Umarali “Barselona” ilə oyundan danışdı

Futbol
Bu gün, 19:36

“Mançester Yunayted”ə şad xəbər: Futbolçunun cəzası ləğv edildi

Futbol
Bu gün, 19:34

Kuareşmanın oğlu atasının yolu ilə gedir: “Sportinq”lə müqavilə

Futbol
Bu gün, 19:28

“Sabah”ın rəqibində ciddi itki

Digər
Bu gün, 19:10

CAS Afrika Millətlər Liqasının qalibini elan etdi – RƏSMİ

Futbol
Bu gün, 19:03

Sabah, Bakı Olimpiya Stadionunda Barselona qarşısında son məşqini keçirib

Qarabağ FK
Bu gün, 19:00

Gəncədə “Qarabağ”ı da heyran edən FUTBOL GECƏSİ

Futbol
Bu gün, 18:58

İtaliyada qırmızı vərəqə alan futbolçu meydana bıçaqla qayıtdı

Futbol
Bu gün, 18:55

Afrika futbolda tarixi qərar – Senegal yenidən çempiondur!

Futbol
Bu gün, 18:37

“Yamalın Bakıya gəlməməsinə görə üzülürəm” – Dambrauskas

Futbol
Bu gün, 18:34

Arda Turandan “Fənərbaxça”ya mesaj: “Geri çəkilməyəcəyik”

Futbol
Bu gün, 18:29

Lukaku “Fənərbağça”dan ayrıla bilər

Futbol
Bu gün, 18:22

Umarali Raxmonaliyev: "Barselona" ilə oyunda əlimizdən gələnin ən yaxşısını edəcəyik

Digər
Bu gün, 18:20

Valdas Dambrauskas: Müdafiədə məyyən boşluqlarımız ola bilər

Futbol
Bu gün, 18:20

Umarali Raxmonaliyev: 100 %dən artıq performans göstərəcəyik

Futbol
Bu gün, 18:20

Arda ”Real”dakı komanda yoldaşına nə hədiyyə etdi? - FOTO

Qarabağ FK
Bu gün, 18:18

Barselona

Futbol
Bu gün, 18:13

Dambravskas Sabah — Barselona matçı öncəsi: "Barselona"da zəif tərəf tapmaq çətindir, Lamine Yamalın olmaması bizi narahat etmir

Futbol
Bu gün, 18:13

PSJ “Barselona”nın transfer edə bilmədiyi futbolçunu istəyir

Boks
Bu gün, 18:10

Boksçumuz ardıcıl üçüncü dəfə Avropa çempionu oldu

Voleybol
Bu gün, 18:10

“ORDU”dan qələbə

Oxşar xəbərlər