Azərbaycan Karate Federasiyasının milli komandası Misirin paytaxtı Qahirədə təşkil olunacaq dünya çempionatında iştirak etmək məqsədilə Heydər Əliyev adına Beynəlxalq Hava Limanından yola salınıb.
İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Karate Federasiyası açıqlama yayıb.
Bildirilib ki, bu mötəbər çempionatda ölkəmizi altı karateçimiz lisenziya əsasında təmsil edəcək.
Həmçinin Azərbaycan milli parakarate komandası dünya çempionatında iştirak edəcək.