Ukrayna Birinci Liqasında danışılmış oyun şübhəsi ilə bağlı qalmaqal yaşanıb.
Sportify.az xəbər verir ki, XVIII turun "İnqulets" – "Aleksandriya" qarşılaşması 83-cü dəqiqədə yarımçıq dayandırılıb. Həmin vaxt qonaqlar 5:0 hesabı ilə öndə olub.
Hadisəyə "İnqulets"in baş məşqçisinin komandanı meydandan çıxarması səbəb olub. Klubun bildirdiyinə görə, bu qərar oyunun danışılmış xarakter daşıması ilə bağlı şübhələrdən sonra verilib.
"İnqulets" rəhbərliyi bu addımı Etika və Ədalətli Oyun Komitəsi ilə məsləhətləşmələrdən sonra atdıqlarını açıqlayıb.
Qarşılaşmanın taleyi ilə bağlı qərarı Ukrayna Futbol Assosiasiyasının Nəzarət-İntizam Komitəsinin (KDK) verməsi gözlənilir.