"İmişli" rəhbərliyi həftəiçi yekun qərarını verdi,
Ervins Perkonsun icra etdiyi vəzifənin "müvəqqəti" sözünü götürdü, elədi "daimi".
Bu da düşərli olmadı. Premyer Liqanın havasını ikinci mövsümdür udan "İmişli" Yevlaxda "Şəfa"nı ürəkdən sevindirdi.
10 turdur qələbə üzünə həsrət qalan qonaqlar 3 xalı 3 qolla qazandı.
Perkons buna görə özünü qınamadı. Suçlu olaraq meydana buraxdığı futbolçuları nişan verdi.
"Stadionda idik" ifadəsinin altında yatan mənaları isə açıqlamağa lüzum görmürük. Hər şey aydındır - havalarda olublar.
Latviyalı baş məşqçi oyunçularına münasibətdə haqsız davranır. Düz danışmır. Gözlərində problem yaranıb, ya nədirsə, normal tamaşa edə bilməyib oyuna.
Son bir neçə turda müdafiədə kompleks səhvlərə az yol vermiş "Şəfa" Yevlaxda o yolla getmədi: arxa xətti dəfələrlə yarıldı
. "İmişli" epizodlara girməsəydi, Tiaqo Silvanın qapısı önündə təhlükə yaratmasaydı, Perkonsa haqq qazandırmaq olardı.
Ancaq belədə…Deyəsən, təyinatının rəsmiləşməsi onu təkəbbürlü edib, futbolçularının əziyyətini yerə vurur.
Nə tez, ay cavan oğlan? Fərid Namazovu bu postdan aşıranların səni də tezliklə "taxt"dan sala biləcəyini yaddaşına vur, sonra gec olar.
KAMİL