top
«Braziliya ilə Azərbaycan arasındakı saat fərqi yeganə çətinliyim idi» Qol.az
Bu gün, 16:10
- ↺ +

«Braziliya ilə Azərbaycan arasındakı saat fərqi yeganə çətinliyim idi»

«Çox yaxşı oyun keçdi. Lakin matçın əvvəlində hesabda geri düşməyimiz işimizi bir qədər çətinləşdirdi. Çalışdıq ki, ikinci hissədə məşqçimizin tapşırıqlarını yerinə yetirək. Fasilədən sonra oyuna nəzarət edən tərəf olduq. Təəssüf ki, yaratdığımız qol epizodlarından istifadə edə bilmədik».

QOL.az saytına açıqlamasında bu sözləri «Zirə»nin qapıçısı Maykon Kleyton Misli Premyer Liqasının 13-cü turunda «Neftçi»yə 0:1 hesabı ilə uduzduqları oyun barədə danışarkən deyib.

Braziliyalı qolkiper öz çıxışını belə dəyərləndirib: «Zədədən qayıtmışam. Futbolçu karyeramda heç vaxt belə uzunmüddətli zədəm olmamışdı, bu qədər meydandan kənarda qalmamışdım. Getdikcə daha yaxşı adaptasiya oluram, öz üzərimdə çalışıram. Məqsədim özümə inamı qaytarıb komandaya maksimum dərəcədə kömək olmaqdır».

O, növbəti iki turda «Sabah» və «Qarabağ»a qarşı keçirəcəkləri oyunlardan da söz açıb: «Bizi qarşıda iki böyük oyun gözlədiyini bilirik. Elə bu matçımız da («Neftçi» ilə görüşü nəzərdə tutur - QOL.az) böyük komandaya qarşı idi. İlk növbədə bu cür oyunlardan bacardığımız qədər zövq almağa çalışırıq».

«Mövsümün sonu ilə bağlı «Zirə»nin hədəfi nədir?» sualını Maykon Kleyton belə cavablandırıb: «Nəinki mövsümün sonu, ümumiyyətlə, hər oyunda məqsədimiz qalib gəlməkdir. Hər matça qələbə üçün çıxırıq. Qış fasiləsinə qədər qarşıda 3 oyunumuz qalıb. Həmin matçlara da maksimum motivasiya və 3 xal üçün çıxacağıq».

28 yaşlı qapıçı Azərbaycana gəlişi və uyğunlaşma prosesindən də danışıb: «Açığı, bura gəlməmişdən öncə Azərbaycan çempionatındakı oyunları izləmirdim. Tanıdığım bir neçə həmyerlimdən Azərbaycan çempionatı barədə soruşmuşdum. Onlar da müsbət təəssüratlarını mənimlə bölüşmüşdülər. Ümumilikdə adaptasiyam çox uğurlu keçdi. Yeganə çətinlik çəkdiyimiz məqam Braziliya və Azərbaycan arasındakı saat fərqi oldu. Komanda rəhbərliyinə, məşqçilər korpusuna, komanda yoldaşlarıma bu cür xoş qarşılanmaya görə minnətdarlığımı bildirirəm».

Sevil Heydərova

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 16:34

Superliqa: Çorumun ardıcıl üçüncü məğlubiyyəti, azarkeşlərdən istefa tələbi

Futbol
Bu gün, 16:32

"Qaradağ Лökbatan" 12 qol vuran futbolçu ilə 18:0 qalib gəldi

Digər
Bu gün, 16:30

Xanım iş adamını aldadan klub prezidenti kimə arxalanır?

Qarabağ FK
Bu gün, 16:29

"Qarabağ"da itki – Reda Xadra "Sumqayıt"la oyunda iştirak etməyəcək

Futbol
Bu gün, 16:21

Şamaxı 2-0 Gəbələ ilə qalib gəldi

Futbol
Bu gün, 16:20

Ukraynada danışılmış oyun iddiası: Baş məşqçi komandanı meydandan çıxardı

Futbol
Bu gün, 16:17

Real Madrid rəhbərliyi Mourinyonun komandasındakı problemlərdən narahatdır

Qarabağ FK
Bu gün, 16:05

"Qarabağ" üçün qara zolaq davam edir, mənfi tendensiyanı dayandırmaq üçün şans axtarılır

Minifutbol
Bu gün, 16:05

Millimiz ikinci matçda 2:0 hesabı ilə məğlubiyyət aldı

Basketbol
Bu gün, 15:27

"LeBron Ceymsin 360 dərəcəlik görüntüsü azarkeşləri heyran etdi"

Futbol
Bu gün, 15:22

Kəpəzin legioneri David Domqyoni Azərbaycan Premyer Liqasını yüksək qiymətləndirir

Futbol
Bu gün, 15:15

Perkons "müvəqqəti"dən "daimi" oldu, təkəbbürlü davranışına davam edir

Futbol
Bu gün, 15:12

«Bavariya»nın futbolçusu Konrad Laymer qeyri‑müəyyən müddətə sıradan çıxıb

Futbol
Bu gün, 15:05

Rahid Əmirquliyev ayaq sığırması səbəbindən futbolçu karyerasına xət çəkdi

Futbol
Bu gün, 14:58

«Türam qolunu GTA 6 oyununun personajına həsr etdi»

Futbol
Bu gün, 14:58

Balde Bakıda "Sabah"a qarşı zədələnib, La Liqa oyununu buraxacaq

Digər
Bu gün, 14:57

Damian Pinas UFC-335-dən zəbə səbəbiylə çəkilən Susurkayevi "qorxaq" adlandırıb

Qarabağ FK
Bu gün, 14:48

"Xarkov" Ukrayna klubunun "Qarabağ" futbolçusu Aleksey Kaşuk üçün rəsmi təklif irəli sürəcək

Futbol
Bu gün, 14:41

Aleksey İsayev: Debüt oyunumda külək məni az qala aparırdı

Futbol
Bu gün, 14:30

Alfadco Sisse üçün İngiltərə Premyer Liqasından maraq yarandı – Çelsi və Brayton transferdə maraqlıdır

Futbol
Bu gün, 14:24

Mahir Emreli Polşa çempionatının son 4 oyununda 3 qola töhfə verib

Futbol
Bu gün, 14:22

Beşiktaş, Juventusdan əlavə futbolçu axtarır

Güləş
Bu gün, 14:20

Bakıda qol güləşi üzrə ilk dünya komanda çempionatı 10 ölkə iştirakı ilə başlanıb

Oxşar xəbərlər