"Qarabağ"ın futbolçusu Aleksey Kaşuk yenidən ölkəsinə geri qayıda bilər.
Sportal.az saytına verilən məlumata görə, ukraynalı futbolçuya "Polessye"dən sonra daha bir klub təklif göndərib.
Belə ki, o, Kaşuku "Xarkov" Ukraynaya geri qaytarmaq istəyir. Yüksək liqada mübarizə aparan Xarkov təmsilçisi qışda Aleksey üçün rəsmi təklif irəli sürəcək.
26 yaşlı futbolçunun "Qarabağ"la müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir.
"Xarkov"un hazırda akivində 24 xal var və lider "Şaxtyor"dan 6 xal geridədir, 4-cü pillədədir.