top
Güləşçilərimizin 2028 Olimpiadasına vəsiqə mübarizəsinə Las-Veqasda start verəcəyi məlum olub Idman.biz
11 may 2026, 16:06
- ↺ +

Güləşçilərimizin 2028 Olimpiadasına vəsiqə mübarizəsinə Las-Veqasda start verəcəyi məlum olub

Azərbaycan güləşçilərinin 2028-ci il Yay Olimpiya Oyunlarına vəsiqə uğrunda mübarizəyə harada başlayacaqları rəsmi şəkildə məlum olub.

İdman.Biz-in "United World Wrestling"ə (UWW) istinadən məlumatına görə, 2027-ci il güləş üzrə dünya çempionatı Las-Veqasda (ABŞ) keçiriləcək.

Turnir 11-19 sentyabr tarixlərində Nevada Universitetinin "Thomas&Mack Center" arenasında baş tutacaq və 2028-ci il Olimpiadasına birbaşa ilk təsnifat mərhələsi olacaq.

Məhz Las-Veqasda ilk olimpiya lisenziyaları uğrunda mübarizə aparılacaq. UWW qaydalarına əsasən, 18 olimpiya çəki kateqoriyasında keçiriləcək dünya çempionatında bütün medalçılar - qaliblər, finalçılar və iki bürünc medal sahibi - kvota əldə edəcəklər. Beləliklə, güləşçinin 2028-ci il Oyunlarına vəsiqəni dünya çempionatında qazanması üçün mükafat kürsüsünə yüksəlməsi kifayətdir. Bu mərhələdə ümumilikdə 72 kvota paylanacaq.

Bununla yanaşı, vacib məqam ondan ibarətdir ki, olimpiya kvotası idmançıya fərdi şəkildə deyil, Milli Olimpiya Komitəsinə (MOK) verilir. Yəni qazanılan lisenziya ölkəyə məxsus olur və Oyunlara göndəriləcək heyətin yekun tərkibini müvafiq milli qurum müəyyənləşdirir.

Yeni olimpiya tsiklinin əsas yeniliklərindən biri UWW reytinqi vasitəsilə ayrıca seçmə sistemin tətbiq olunmasıdır. Bu mexanizm məhz 2028-ci il Oyunlarına vəsiqə üçün nəzərdə tutulub: 2024-cü il Paris Olimpiadasına seçmədə belə bir reytinq yolu olmayıb. Olimpiya reytinq dövrünün nəticələrinə əsasən, hələ lisenziya qazanmamış idmançılar arasında hər olimpiya çəki kateqoriyasında UWW siyahısında ilk üçlükdə yer alan güləşçilər öz MOK-ları üçün kvota əldə edəcəklər. Beləliklə, reytinq vasitəsilə əlavə 54 vəsiqə paylanacaq.

Olimpiya seçimi üçün reytinq xalları 2027-ci ilin ilk Ranking Series turnirindən etibarən - 15-21 fevral tarixlərindən başlayaraq hesablanacaq. Reytinq sisteminə 2027 və 2028-ci illərin Ranking Series turnirləri, 2027 və 2028-ci illərin qitə çempionatları, eləcə də Las-Veqasdakı 2027-ci il dünya çempionatı daxil olacaq. Olimpiya kvotaları reytinq üzrə 2028-ci il Afrika çempionatının başa çatmasından sonra - 19 mart 2028-ci ildən sonra paylanacaq.

Güləşçilər üçün növbəti birbaşa şans 2028-ci il qitə olimpiya təsnifat turnirləri olacaq. Hər turnirdə hər olimpiya çəki kateqoriyasında finalçılar lisenziya qazanacaqlar. Afrika-Okeaniya seçməsi 24-26 mart, Panamerika 31 mart-2 aprel, Avropa 7-9 aprel, Asiya isə 14-16 aprel tarixlərində keçiriləcək. Son şans isə 18-21 may tarixlərində baş tutacaq dünya olimpiya təsnifat turniri olacaq və burada hər kateqoriyada yalnız qalib lisenziya əldə edəcək. Bu turnirlərin keçiriləcəyi məkanlar UWW tərəfindən daha sonra açıqlanacaq.

2028-ci il Los-Anceles Olimpiya Oyunlarında güləş yarışları 24-30 iyul tarixlərində keçiriləcək.

UWW həmçinin 2027-ci il üzrə digər dünya çempionatlarının da tarixlərini açıqlayıb. U17 dünya çempionatı 2-8 avqust tarixlərində Ammanda (İordaniya), U20 dünya çempionatı 23-29 avqustda Novi Sad (Serbiya), veteranlar dünya çempionatı 5-10 oktyabrda Poreçdə (Xorvatiya), U23 dünya çempionatı isə 18-24 oktyabrda Braşovda (Rumıniya) keçiriləcək. Bundan əlavə, 2028-ci ildən etibarən UWW yarış təqvimində dəyişiklik edəcək: U20 dünya çempionatı U17-dən əvvəl, U23 isə böyüklər arasında dünya çempionatından öncə keçiriləcək.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 01:30

Nikolas Pas İngiltərə Premyer Liqasının bir neçə klubu tərəfindən maraqla izlənilir

Futbol
Bu gün, 01:20

Dambrauskas: Sabah 1:4 Barselona - Azarkeşlərin əksəriyyəti 'Barselona' üçün gəlmişdi

Futbol
Bu gün, 01:20

Entoni Qordon 'Sabah'a qarşı iki qol vurdu: Azərbaycan gözəl ölkədir, burada olduğum üçün xoşbəxtəm

Futbol
Bu gün, 01:20

Bayern 23 yaşlı Yunus Ebnutalibin transferini nəzərdən keçirir

Futbol
Bu gün, 01:10

Raxmonaliyev Çempionlar Liqasında ən yaddaqalan oyununun "Slaviya Praqa" qarşısında qələbə olaraq bildirdi

Futbol
Bu gün, 01:10

Sabahın "Barselona"ya 1:4 hesabına məğlubiyyət aldığı Çempionlar Liqası matcına Barcelona azarkeşləri axın edib

Futbol
Bu gün, 01:04

Qabriel Jezus Bakıda ot örtüyü və oyunundan narazı qalıb

Futbol
Bu gün, 00:54

İvan Lepinitsa: "Barselona hazırda dünyanın ən yaxşı üç komandasından biridir, onlara qarşı oynamaq olduqca çətindir"

Futbol
Bu gün, 00:50

Yuventus

Futbol
Bu gün, 00:48

Sabahın Barselona matçından dərslər: Valdas Dambrauskasın gözlər və boyun ağrısı

Futbol
Bu gün, 00:40

Aleksey İsayev: 'Barselona ilə oyunda maksimum səviyyədə oynadıq, 'Vilyarreal'la da öz futbolumuzu oynayacağıq'

Futbol
Bu gün, 00:35

Flik: "Sabah" Çempionlar Liqasında qəhrəmanca mübarizə apardı, bizim üçün vacib xal qazandırıblar

Futbol
Bu gün, 00:32

Valdas Dambrauskas: "Barselona" o qədər gözəl paslaşırdı ki, sağa-sola baxmaqdan boynum ağrıyırdı;

Futbol
Bu gün, 00:29

Dambrauskas: Barcelona qarşısında oyunçuların çətinliklərini hiss etdim

Qarabağ FK
Bu gün, 00:29

Anthony Gordon Azərbaycan torpaqlarında Çempionlar Liqasının tarixində yeni rekord qırdı

Futbol
Bu gün, 00:25

Hansi Flik: "Sabaha 4:1 qalib gəldik, üç xalı almaq bizim üçün vacib idi"

Futbol
Bu gün, 00:22

Hans Flik: Sabah qəhrəmanca mübarizə apardı, qələbə heç vaxt asan olmamışdır;

Futbol
Bu gün, 00:15

Beşiktaş

Futbol
Bu gün, 00:15

Flik: Sabah bizə çətin anlar yaşatdı, amma səfərdə qələbə heç vaxt asan deyil;

Futbol
Bu gün, 00:13

Hans Flik 'Sabah'ı təriflədi: 'Onlar yaxşı və cəsarətli futbol oynayırlar, bəzi anlarda bizə çətinlik yaratdılar'

Futbol
Dünən, 23:57

Fərid Qayıbov UEFA Çempionlar Liqasında

Futbol
Dünən, 23:54

“Çelsi”nin müdafiəçisi Malo Qusto üç ingilis nəhəng klubunun hədəfində

Futbol
Dünən, 23:46

Entoni Qordon ‘Sabah’–‘Barselona’ matçının ən yaxşı futbolçusu seçildi

Futbol
Dünən, 23:22

Amrabat Afrika çempionluğu qazanmasını Mərakeşdən alınıb olmağını ədalətsizlik adlandırdı

Oxşar xəbərlər