"Məğlub olduq, amma kimə qarşı oynadığımızı bilirik".
Oxu.Az xəbər verir ki, bu sözləri "Sabah"ın futbolçusu İvan Lepinitsa UEFA Çempionlar Liqasında "Barselona" ilə keçirilən qarşılaşmadan sonra jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, Barselona hazırda, bəlkə də, dünyanın ən yaxşı üç komandasından biridir.
"İspaniya təmsilçisinə qarşı oynamaq olduqca çətindir. Düşünürəm ki, bəzi məqamlarda onlarla rəqabət apara bildik, lakin bu gün bir çox cəhətdən bizdən üstün idilər".
Futbolçu Çempionlar Liqasının növbəti qarşılaşmasına "Vilyarreal"a qarşı hazırlıq barədə də danışıb:
"İlk növbədə yaxşı istirahət edəcəyik. Həmin qarşılaşmadan əvvəl ölkə çempionatında oyunumuz var. Diqqətimizi ona yönəldəcəyik. Vaxtı çatanda isə həmin oyun barədə danışacağıq".