"Komo"nun yarımmüdafiəçisi Nikolas Pas İngiltərə Premyer Liqasının bir neçə təmsilçisinin diqqət mərkəzindədir.
Sportinfo.az xəbər verir ki, bu barədə "The Touchline" məlumat yayıb.
22 yaşlı futbolçu ilə "Arsenal", "Tottenhem" və "Liverpul" yaxından maraqlanır.
Daha əvvəl mətbuatda argentinalı yarımmüdafiəçinin "Real"a mümkün qayıdışı barədə də xəbərlər yayılmışdı. Madrid təmsilçisinin onu 2027-ci ildə 80 milyon avroya geri almaq hüququ var.
Pas 2024-cü ilin avqustundan "Komo"da çıxış edir. Tərəflər arasındakı müqavilənin müddəti 2028-ci il iyunun sonuna qədərdir. Onun bazar dəyəri 80 milyon avro qiymətləndirilir.