İyulun 17-də Abşeron Olimpiya İdman Kompleksində cüdo üzrə kişilər arasında Liqa yarışının III turu keçiriləcək.
İdman.Biz bildirir ki, turnirdə 45 klub və idman cəmiyyətini təmsil edən 281 idmançı 7 çəki dərəcəsində medallar uğrunda mübarizə aparacaq.
Bu, kişilər arasında Liqa yarışının son turudur. Yekun nəticələrə əsasən idmançıların reytinq siyahısı formalaşacaq.
Yarışları izləmək üçün arenaya giriş sərbəstdir.