top
Azərbaycan Güləş Federasiyasında Hakimlər Komitəsi Sədri və Hakim arasında Münaqişə: İttihamlar və Cavablar Idman.biz
09 mart 2026, 16:07
- ↺ +

Azərbaycan Güləş Federasiyasında Hakimlər Komitəsi Sədri və Hakim arasında Münaqişə: İttihamlar və Cavablar

Azərbaycan Güləş Federasiyasının (AGF) hakimlər korpusunda ciddi münaqişə yaranıb.

İdman.Biz xəbər verir ki, respublika dərəcəli hakim Əfqan Həbibov Hakimlər Komitəsinin sədri Asif Şirəliyevi səriştəsizlikdə və onu əsassız şəkildə yarışlardan kənarlaşdırmaqda ittiham edib.

Əfqan Həbibov bildirib ki, may ayında beynəlxalq hakim kateqoriyası almağı planlaşdırsa da, yanvar ayından etibarən ölkə çempionatı və digər turnirlərə hakimlik etməsinə icazə verilmir. Onun sözlərinə görə, bu qərarın arxasında Asif Şirəliyev dayanır və məsələ ilə bağlı izahat vermir. Hakim iddia edib ki, komitə sədri onunla bağlı "Əfqanı hakimlər siyahısından silmişəm" ifadəsini işlədib.

"Bunu belə qoymayacağam. Hətta qərar dəyişsə belə, mənə beynəlxalq hakim olmaq imkanı verilməyəcək. Çünki ədalət və səriştə bu insanla uyğun gəlmir. Bir çox hakim bunu bilir, amma işini itirmək qorxusundan susur. Mən isə sona qədər gedəcəyəm", - deyə Əfqan Həbibov vurğulayıb.

Məsələ ilə bağlı İdman.Biz-in sorğusuna cavab verən Hakimlər Komitəsinin sədri Asif Şirəliyev isə tam fərqli mövqe səsləndirib. Onun sözlərinə görə, Əfqan Həbibovun yarışlardan kənarlaşdırılmasının yeganə səbəbi hakimlik fəaliyyətini məşqçiliklə paralel aparmasıdır.

Şirəliyev bildirib ki, Əfqan Həbibovun "Səfəvi" adlı klubu var və o, onlarla uşağa məşq keçir:

"Məşqçi hakim ola bilməz. Əgər bir məşqçi potensial rəqiblərin görüşünü idarə edirsə, obyektivlikdən danışmaq çətindir. O, şagirdinə zəif rəqib düşməsi üçün hər şeyi edə bilər. Bu səbəbdən federasiya rəhbərliyinin razılığı ilə belə halların qarşısını almışıq".

Komitə sədri əlavə edib ki, yeni qaydalar bütün hakimlərə şamil olunur:

"Artıq seçim etməlidirlər - ya məşqçi, ya da hakim. Xüsusilə uşaq və yeniyetmə yarışlarında belə hallara yol verilməyəcək. Bu proses əvvəlcə regional və respublika səviyyəli hakimlərdən başlayıb, gələcəkdə beynəlxalq kateqoriyalı hakimlərə də şamil ediləcək".

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Digər
Bu gün, 02:23

Nazim Sadıxov Nyu-Yorkda fərqli rolda çıxış edəcək

Futbol
Bu gün, 02:04

Marko Roze: Manchester United oyunda qəzəbli və aqressiv olacaq

Futbol
Bu gün, 01:41

Almaniya və Avstriyanın Bakıda keçirilən FIFA U-15 dünya çempionatına qatılmama səbəbləri açıqlanıb

Aİ analiz
Bu gün, 01:35

RUN X World Treadmill Championship başladı, 100 min dollar mükafat fondu ilə

Futbol
Bu gün, 01:24

Azərbaycan U-15 millisi Malta komandasına 1:0 hesabıyla məğlub oldu

Futbol
Bu gün, 01:18

FIFA prezidenti Canni İnfantino U-15 dünya çempionatı üçün Bakıya gəlib

Futbol
Bu gün, 01:12

İngiltərə Premyer Liqasında İpsviç Taun və Nottingem Forest heç-heçəyə qoşdu: 1:1

Futbol
Bu gün, 01:06

Alaves son dəqiqədə vurduğu qolla Malaga qarşısında 1:1 hesabla heç-heçəyə imza atdı

Futbol
Bu gün, 00:57

Fransa Liqa 1: "Nitsa" "Brest"ə səfərdə 1:2 hesabı ilə geri qayıdaraq qalib gəldi

Futbol
Bu gün, 00:54

Torino, Monza qarşısında 3:2 hesabı ilə qalib gəldi

Futbol
Bu gün, 00:51

Elvin Yunuszadənin komandası Boluspor, Vanspor qarşısında 0:3 məğlub oldu

Futbol
Bu gün, 00:42

"Borussiya" Bundesliga yeddinci turda "Ştutqart"ı 3-2 məğlub edərək ilk qələbəsini qazandı

Digər
Bu gün, 00:34

PSJ-nin “Lion”la oyunu təxirə salındı - Komandanı uğursuz statistika gözləyir

Digər
Bu gün, 00:30

Zirədəki 5 qol - Video

Digər
Bu gün, 00:19

Millimiz Malta yığmasına məğlub oldu

Futbol
Bu gün, 00:07

Cəlal Hüseynovun çıxış etdiyi 'Petrolul' komandası Botoşani’ni 3:1 məğlub etdi

Futbol
Dünən, 23:45

FIFA U-15 Dünya Çempionatı iştirakçılarının Bakıda pozitiv görüntüləri

Güləş
Dünən, 23:33

Azərbaycan güləşçilərinin Dünya Çempionatında ilk qarşılaşdıqları rəqiblər müəyyən olundu

Futbol
Dünən, 23:31

Ronaldu ümumi qazancı 2 milyard dolları keçən ilk aktiv futbolçu oldu

Futbol
Dünən, 23:22

Kocaelispor səfərdə Alanyaspor’u 2-1 məğlub etdi

Futbol
Dünən, 23:12

Simeone: “Barselona” ilə çempionluq mübarizəsi mümkündür, lakin hazırda “Deportivo”ya fokuslanır

Futbol
Dünən, 22:56

Messi İspaniya Şahzadəsi tərəfindən 2026 Asturiya Şahzadəsi İdman Mükafatı ilə mükafatlandırıldı

Futbol
Dünən, 22:42

“Kəpəz”in 200 azarkeşi Gəncədən Sumqayıta səyahət edəcək

Voleybol
Dünən, 22:38

Super Liqa kişi voleybolunda yeni mövsümün ilk qalibləri müəyyənləşdi

Oxşar xəbərlər