Azərbaycan Kubokunda 1/8 final mərhələsinin oyunları keçiriləcək.
Apasport.az xəbər verir ki, Premyer Liqanın 12, I Liqanın 3, II Liqanın 1 təmsilçisinin mübarizə apardığı raundun görüşləri iki günü əhatə edəcək.
Peşəkar Futbol Liqası üz-üzə gələcək cütlərin ölkə kuboku tarixindəki əvvəlki oyunlarının balansını təqdim edir.
Azərbaycan Kuboku
1/8 final
1 dekabr (çərşənbə axşamı)
"Karvan-Yevlax" – "Zirə" – indiyədək qarşılaşmayıblar
"Sabah" – "İmişli" – 1 oyun, +1=0-0, top fərqi 2-1
Ötən mövsümə təsadüf edən yeganə görüşdə hər iki komanda qol vurub. "Sabah" qələbə ilə mərhələ adlayıb.
| 2025/26 | 1/8 final | İmişli - Sabah (Bakı) | 1:2 |
"Turan Tovuz" – "Kəpəz" – 4 oyun, +3=1-0, top fərqi 7-3
"Turan Tovuz" bütün oyunlarda qol vurub. "Kəpəz" qələbə qazanmayıb.
| 2022/23 | 1/4 final | Kəpəz (Gəncə) - Turan Tovuz | 1:2, 2:2 |
| 2025/26 | 1/4 final | Turan Tovuz - Kəpəz (Gəncə) | 1:0, 2:0 |
2 dekabr (çərşənbə)
"Araz-Naxçıvan" – "Marafon" – indiyədək qarşılaşmayıblar
"Qəbələ" – "Şahdağ Qusar" – indiyədək qarşılaşmayıblar
"Neftçi" – "Şəfa" – indiyədək qarşılaşmayıblar
"Gəncəbasar" – "Şamaxı" – indiyədək qarşılaşmayıblar
"Sumqayıt" – "Qarabağ" – 9 oyun, +1=2-6, top fərqi 6-22
Son iki oyun heç-heçə başa çatıb. "Qarabağ" son üç qarşılaşmada qol vurmayıb.
| 2011/12 | 1/8 final | Qarabağ (Ağdam) - Sumqayıt Şəhər | 3:0 |
| 2015/16 | 1/4 final | Qarabağ (Ağdam) - Sumqayıt | 2:0, 4:1 |
| 2016/17 | 1/4 final | Qarabağ (Ağdam) - Sumqayıt | 6:0, 5:2 |
| 2017/18 | 1/4 final | Qarabağ (Ağdam) - Sumqayıt | 2:1, 0:2 |
| 2020/21 | 1/2 final | Sumqayıt - Qarabağ (Ağdam) | 0:0, 0:0, pen.5:4 |