Almaniya millisinin və "Bavariya"nın qapıçısı Manuel Noyerin şəxsi həyatı ilə bağlı yeni məlumatlar yayılıb.
Sportify.az-ın "Bild" nəşrinə istinadən məlumatına görə, 39 yaşlı qapıçı Braziliyadan Münhenə 23 yaşlı qadınla birlikdə qayıdıb.
Kluba yaxın mənbələr həmin şəxsi futbolçunun fizioterapevti kimi təqdim etsə də, nəşr onların münasibətlərinin peşəkar çərçivədən kənara çıxdığını iddia edir.
Məlumata görə, cütlük noyabrın 15-də Rio-de-Janeyroya yollanıb, daha sonra Buzios şəhərindəki lüks kurortda noyabrın 23-dək birlikdə istirahət edib. Onların sentyabrın sonunda Siciliyada da vaxt keçirdikləri bildirilir.
Noyer ikinci övladının dünyaya gəlməsindən bir neçə gün sonra həyat yoldaşı Anikaya evliliklərini bitirmək istədiyini deyib. Hazırda Anika iki oğlu ilə birlikdə Tegerndəki ailə evində yaşayır və Münhen yaxınlığında ev axtarır.