top
AFFA I səviyyə skautinq sertifikat proqramına qəbul elan edir AFFA
Bu gün, 14:45
- ↺ +

AFFA I səviyyə skautinq sertifikat proqramına qəbul elan edir

AFFA futbol skautinqi sahəsində bilik və bacarıqlarını inkişaf etdirmək, istedadlı futbolçuların müəyyənləşdirilməsi və qiymətləndirilməsi istiqamətində ixtisas hazırlığını artırmaq istəyən şəxslər üçün I səviyyə skautinq sertifikat proqramına qəbul elan edir. Proqramın əsas məqsədi iştirakçılara futbol skautinqinin əsas prinsiplərini öyrətmək, oyunçuların potensialını sistemli şəkildə müşahidə və təhlil etmək, istedadların müəyyənləşdirilməsi və qiymətləndirilməsi üzrə ilkin bilik və praktiki bacarıqlar qazandırmaqdır.
  Proqramın əhatə etdiyi mövzular: - Skautun rolu, vəzifə və məsuliyyətləri;
- Skautinqdə etik prinsiplər və uşaq müdafiəsi;
- Skautinq fəaliyyətinin planlaşdırılması, həyata keçirilməsi və təhlili;
- Oyunçuların potensialının dörd istiqamət üzrə qiymətləndirilməsi: texniki-taktiki, psixoloji, fiziki və sosial;
- Matçın müşahidəsi və skautinq hesabatının hazırlanması;
- Oyunçuların yaş, fiziki inkişaf və təcrübə fərqlərinin nəzərə alınması;
- Skautinq prosesində subyektiv yanaşmaların və qərəzliliyin aradan qaldırılması.
Proqrama futbol klublarında, akademiyalarda və futbolun inkişafı istiqamətində fəaliyyət göstərən, skautinq sahəsində bilik və bacarıqlarını artırmaq istəyən şəxslər müraciət edə bilərlər. UEFA məşqçilik lisenziyasına malik namizədlərə üstünlük veriləcək. Proqram iki gün davam edəcək. İlk gün – 19 dekabr 2026-cı il tarixində Bakı şəhərində sinif otağı formatında nəzəri təlimlər keçiriləcək. İkinci günün tarixi isə seçilmiş oyunun keçirilmə vaxtına uyğun müəyyənləşdiriləcək. İkinci gün real oyun şəraitində meydançada praktiki tapşırıqların yerinə yetirilməsinə, oyunun təhlilinə və yekun imtahana həsr olunacaq. Proqramı uğurla başa vuran iştirakçılara iki il müddətində etibarlı olan sertifikat təqdim ediləcək. Sertifikatın etibarlılıq müddəti hər iki ildən bir yenilənməlidir.
  Proqramda iştirak ödənişsizdir.
  Ərizələrin qəbulu elektron şəkildə həyata keçirilir.
  Müraciət üçün link: https://forms.cloud.microsoft/r/u0xPqVjH29
  Son müraciət tarixi: 7 dekabr 2026-cı il.
Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Boks
Bu gün, 14:43

UFC döyüşçüsü Tahir Abdullayev: uzun illər sonra qələbə, əziyyətin nəticəsi

Qarabağ FK
Bu gün, 14:40

Qəbələdə Yeton Bekiri: Altı turda 2 qoldan son üç oyunun müqayisəsi

Digər
Bu gün, 14:36

Tahir Abdullayev UFC-də ikinci qələbəsini qazanıb: Dohada Ceyk Metyuzu məğlub etdi

Futbol
Bu gün, 14:29

"Araz-Naxçıvan"da hakimlik qaydaları ilə bağlı seminar keçirildi

Futbol
Bu gün, 14:26

"Səbail" klubunun dəvəti ilə alman mütəxəssisləri Qubadakı stadionun ot örtüyünü və drenaj sistemini qiymətləndirib

Futbol
Bu gün, 14:20

Qvardiola 18 illik fasiləyə ehtiyac olduğu üçün İtaliya millisinin təklifini rədd edib

Futbol
Bu gün, 14:18

Arif Əsədov: "Sabah" "Barselona" qarşısında öz oyununu sərgiləməlidir

Futbol
Bu gün, 14:15

Pep Qvardiola İtaliya millisini çalışdırmaq təklifini fasiləyə ehtiyacı olduğunu bildirərək rədd edib

Qarabağ FK
Bu gün, 14:14

Barselona ulduzlarının Bakı izləri: Kim qol vurdu, kim qalib qöymədi - Sabah-Barselona matçı öncəsi İDMAN.BİZ-in təhlili

Futbol
Bu gün, 14:10

Manuel Noyer Braziliyadan Münhenə yeni sevgilisi ilə qayıdıb

Futbol
Bu gün, 14:05

PSJ zədələnmiş oyunçular səbəbindən "Vilyarreal"ın yarımmüdafiəçisi Alberto Moleyronu qış transferində heyətinə qatmaq istəyir;

Futbol
Bu gün, 14:03

“Sabah” – “Barselona” matçına gələnlər üçün gediş haqqı 1 qəpik olacaq

Futbol
Bu gün, 14:00

Gəncəbasarın qapıçısı: Bir qol istədiyimiz nəticə deyil

Futbol
Bu gün, 14:00

Polşalı klublar Rüfət Abbasova 3 illik müqavilə təklifi etdi

Futbol
Bu gün, 13:59

Pep Qvardiola İtaliya millisinin təklifini rədd etməsindən utanır, amma gələcəkdə milli komanda baş məşqçiliyi üçün hazırdır

Futbol
Bu gün, 13:40

Barselona klubunun prezidenti Bakıda əyləndi - VİDEO

Futbol
Bu gün, 13:34

Litvaniyanın xarici işlər naziri Budris: Bu gün “Sabah”–“Barselona” matçını Bakıda izləyəcəyəm

Qarabağ FK
Bu gün, 13:26

“Qarabağ–Sumqayıt” oyununun biletləri 3 manata

Minifutbol
Bu gün, 13:23

Azərbaycan Kubokunun 1/8 final mərhələsinin rəqəmlərlə icmalı

Futbol
Bu gün, 13:14

Tottenhem" akademiyasının yetirməsi Luka Uilyams-Barnett ilə yeni müqavilə imzalayıb;

Qarabağ FK
Bu gün, 13:14

Ukrayna klubları "Qarabağ"ın futbolçusu Aleksey Kaşukun maaş şərtlərini qarşılamaqdaca gücsüzdür

Futbol
Bu gün, 13:08

Vinisius Junior PSV-yə qarşı "Real" forması ilə ÇL-də 35-ci qolunu vurub və Puşkaşın rekorduna çatıb;

Boks
Bu gün, 13:00

Avropa Boks Federasiyası Nazarovun final qələbəsini qiymətləndirdi

Oxşar xəbərlər