top
Barselona ulduzlarının Bakı izləri: Kim qol vurdu, kim qalib qöymədi - Sabah-Barselona matçı öncəsi İDMAN.BİZ-in təhlili Idman.biz
Bu gün, 14:14
- ↺ +

Barselona ulduzlarının Bakı izləri: Kim qol vurdu, kim qalib qöymədi - Sabah-Barselona matçı öncəsi İDMAN.BİZ-in təhlili

Hans-Diter Flikin komandasının bir neçə futbolçusu əvvəllər Azərbaycan klubları və milliləri ilə qarşılaşıb. Onlardan biri isə artıq Bakı Olimpiya Stadionunda da meydana çıxıb.

Bu gün Çempionlar Liqasının əsas mərhələsinin V turunda keçiriləcək "Sabah" – "Barselona" matçı Azərbaycan futbolu üçün tarixi hadisə olacaq. Kataloniya nəhəngi ölkəmizdə ilk dəfə rəsmi oyun keçirəcək. Lakin komandanın bir sıra futbolçuları üçün Bakıya səfər ilk deyil.

İdman.Biz Hans-Diter Flikin qarşıdakı oyun üçün sifariş ərizəsinə daxil etdiyi futbolçuların karyerasını araşdırıb və onlardan hansılarının əvvəllər Azərbaycan komandalarına qarşı oynadığını müəyyənləşdirib.

Entoni Qordon

"Barselona" futbolçuları arasında Bakı ilə bağlı ən təzə xatirələr ingiltərəli hücumçu Entoni Qordonla əlaqəlidir. O, bu ilin fevralında "Nyukasl"ın heyətində Azərbaycan paytaxtında çıxış edib.

2026-cı il fevralın 18-də Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda Tofiq Bəhramov adına Respublika stadionunda "Qarabağ"la qarşılaşan ingiltərəli futbolçu fasiləyə qədər pokerə imza atıb. O, matçın 3-cü, 32-ci, 33-cü və 45+1-ci dəqiqələrində fərqlənib. Dörd qoldan ikisini penaltidən vurub. Qarşılaşma İngiltərə klubunun 6:1 hesablı qələbəsi ilə başa çatıb.

Qordon fevralın 24-də keçirilən cavab oyununda da iştirak edib. "Nyukasl" həmin görüşdə 3:2 hesabı ilə qalib gəlib. Bu dəfə hücumçu 54-cü dəqiqədə meydana daxil olub, lakin məhsuldar göstərici ilə yadda qalmayıb.

Beləliklə, ingiltərəli futbolçu doqquz aydan sonra karyerasının ən məhsuldar oyunlarından birini keçirdiyi şəhərə qayıdır.

Rafinya

"Barselona"nın hücum xəttinin digər təmsilçisi də vaxtilə Qurban Qurbanovun komandasını məyus edib. Lakin bu hadisə səkkiz ildən çox əvvəl baş verib.

2018-ci il sentyabrın 20-də həmin vaxt Lissabon "Sportinq"inin formasını geyinən Rafinya Avropa Liqasının qrup mərhələsinin ilk turunda "Qarabağ"la qarşılaşmada iştirak edib. Braziliyalı futbolçu 54-cü dəqiqədə Nani-nin ötürməsindən sonra hesabı açıb. Portuqaliya klubu həmin görüşdə 2:0 hesablı qələbə qazanıb.

Bununla belə, noyabrın 29-da Bakıda keçirilən və "Sportinq"in 6:1 hesablı qələbəsi ilə başa çatan cavab oyununda Rafinya zədə səbəbindən iştirak etməyib.

Maraqlıdır ki, "Barselona"nın hazırkı hücum xəttinin iki futbolçusu birlikdə "Qarabağ"ın qapısına beş qol vurub. İndi isə onlar Çempionlar Liqasında Azərbaycanın digər təmsilçisinə qarşı eyni vaxtda meydana çıxa bilərlər.

Jül Kunde

"Barselona"nın fransalı müdafiəçisi Jül Kundenin də Azərbaycan komandaları ilə qarşılaşma tarixçəsi kifayət qədər zəngindir.

O, ilk dəfə 2019-cu il sentyabrın 19-da İspaniyanın "Sevilya" klubunun futbolçusu kimi Bakıda oynayıb. Avropa Liqasının qrup mərhələsində "Qarabağ"la keçirilən görüşdə fransalı müdafiəçi 90 dəqiqə meydanda olub. Komandası Tofiq Bəhramov adına Respublika stadionunda 3:0 hesabı ilə qalib gəlib.

Noyabrın 28-də Sevilyada keçirilən və İspaniya klubunun 2:0 hesablı qələbəsi ilə başa çatan cavab matçında isə Kunde ehtiyat oyunçular skamyasında qalıb.

Bir ildən az müddət sonra müdafiəçi bu dəfə Fransanın gənclər millisinin heyətində yenidən Azərbaycana səfər edib. 2020-ci il sentyabrın 7-də U-21 Avropa çempionatının seçmə mərhələsi çərçivəsində fransalılar Sumqayıt stadionunda Azərbaycan həmyaşıdlarını 2:1 hesabı ilə məğlub ediblər. Kunde həmin matçda sona qədər oynayıb.

Müdafiəçinin Bakıya son səfəri isə bir ildən bir qədər əvvəl baş tutub. 2025-ci il noyabrın 16-da o, 2026-cı il dünya çempionatının seçmə mərhələsində Azərbaycanı 3:1 hesabı ilə məğlub edən Fransa millisinin heyətində olsa da, meydana çıxmayıb.

Joau Kanselu

Portuqaliyalı müdafiəçi bu gün "Sabah"la "Barselona" arasında keçiriləcək qarşılaşmanın oynanacağı arenaya artıq yaxşı bələddir.

2021-ci il sentyabrın 7-də Kanselu Portuqaliya millisinin heyətində 2022-ci il dünya çempionatının seçmə mərhələsi çərçivəsində Bakı Olimpiya Stadionunda Azərbaycan yığmasına qarşı oynayıb.

Portuqaliyalılar 3:0 hesabı ilə qalib gəliblər. Kanselu görüşün bütün 90 dəqiqəsini meydanda keçirib və 75-ci dəqiqədə hazırda həyatda olmayan Diogu Jotanın vurduğu qola məhsuldar ötürmə verib. Həmin qol matçın yekun hesabını müəyyənləşdirib.

Bundan başqa, müdafiəçi bu komandalar arasında 2021-ci il martın 24-də İtaliyanın Turin şəhərində keçirilən ilk oyunda da iştirak edib. Həmin qarşılaşma Portuqaliya millisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Dominik Livakoviç

"Barselona"nın xorvatiyalı qapıçısı Dominik Livakoviçin də Bakı ilə bağlı xüsusi xatirələri ola bilər. O, vaxtilə Azərbaycan millisinə qarşı oyunda qapısını toxunulmaz saxlaya bilməyib.

2019-cu il sentyabrın 9-da 2020-ci il Avropa çempionatının seçmə mərhələsi çərçivəsində "Bakcell Arena"da Azərbaycan millisi həmin vaxt dünya çempionatının gümüş mükafatçısı olan Xorvatiya yığması ilə 1:1 hesablı heç-heçə edib.

Məhz Livakoviçin qoruduğu qapıya Təmkin Xəlilzadə yol tapıb. O, fərdi reyddən sonra hesabı bərabərləşdirərək Azərbaycan millisinə bir xal qazandırıb.

Maraqlıdır ki, xorvatiyalı qapıçı milli komandada çıxış etməyə başlamazdan xeyli əvvəl də Azərbaycan təmsilçiləri ilə qarşılaşıb.

2011-ci il oktyabrın 25-də U-17 Avropa çempionatının seçmə mərhələsində Livakoviç Xorvatiya millisinin qapısını qoruyub. Həmin görüşdə xorvatlar Azərbaycana 1:2 hesabı ilə məğlub olublar. 2013-cü il avqustun 12-də isə o, Xorvatiya və Azərbaycanın U-19 yığmaları arasında keçirilən yoldaşlıq matçında iştirak edib. Qarşılaşma 1:1 hesabı ilə başa çatıb.

Beləliklə, hazırkı "Barselona"nın ən azı beş futbolçusu karyerasında Azərbaycan futbolunun təmsilçiləri ilə ilk dəfə qarşılaşmayacaq. Onlardan dördü artıq Bakıda meydana çıxıb, ikisi "Qarabağ"a qol vurub, biri Azərbaycan millisinə qarşı oyunda məhsuldar ötürmə ilə yadda qalıb, daha biri isə azərbaycanlı futbolçudan qol buraxıb.

Qeyd edək ki, "Sabah" - "Barselona" matçı bu gün, noyabrın 25-də Bakı Olimpiya Stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 21:45-də başlayacaq.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 14:20

Qvardiola 18 illik fasiləyə ehtiyac olduğu üçün İtaliya millisinin təklifini rədd edib

Futbol
Bu gün, 14:18

Arif Əsədov: "Sabah" "Barselona" qarşısında öz oyununu sərgiləməlidir

Futbol
Bu gün, 14:15

Pep Qvardiola İtaliya millisini çalışdırmaq təklifini fasiləyə ehtiyacı olduğunu bildirərək rədd edib

Futbol
Bu gün, 14:10

Manuel Noyer Braziliyadan Münhenə yeni sevgilisi ilə qayıdıb

Futbol
Bu gün, 14:05

PSJ zədələnmiş oyunçular səbəbindən "Vilyarreal"ın yarımmüdafiəçisi Alberto Moleyronu qış transferində heyətinə qatmaq istəyir;

Futbol
Bu gün, 14:03

“Sabah” – “Barselona” matçına gələnlər üçün gediş haqqı 1 qəpik olacaq

Futbol
Bu gün, 14:00

Gəncəbasarın qapıçısı: Bir qol istədiyimiz nəticə deyil

Futbol
Bu gün, 14:00

Polşalı klublar Rüfət Abbasova 3 illik müqavilə təklifi etdi

Futbol
Bu gün, 13:59

Pep Qvardiola İtaliya millisinin təklifini rədd etməsindən utanır, amma gələcəkdə milli komanda baş məşqçiliyi üçün hazırdır

Futbol
Bu gün, 13:40

Barselona klubunun prezidenti Bakıda əyləndi - VİDEO

Futbol
Bu gün, 13:34

Litvaniyanın xarici işlər naziri Budris: Bu gün “Sabah”–“Barselona” matçını Bakıda izləyəcəyəm

Qarabağ FK
Bu gün, 13:26

“Qarabağ–Sumqayıt” oyununun biletləri 3 manata

Minifutbol
Bu gün, 13:23

Azərbaycan Kubokunun 1/8 final mərhələsinin rəqəmlərlə icmalı

Futbol
Bu gün, 13:14

Tottenhem" akademiyasının yetirməsi Luka Uilyams-Barnett ilə yeni müqavilə imzalayıb;

Qarabağ FK
Bu gün, 13:14

Ukrayna klubları "Qarabağ"ın futbolçusu Aleksey Kaşukun maaş şərtlərini qarşılamaqdaca gücsüzdür

Futbol
Bu gün, 13:08

Vinisius Junior PSV-yə qarşı "Real" forması ilə ÇL-də 35-ci qolunu vurub və Puşkaşın rekorduna çatıb;

Boks
Bu gün, 13:00

Avropa Boks Federasiyası Nazarovun final qələbəsini qiymətləndirdi

Futbol
Bu gün, 13:00

Milli futbolçu Rəhim Sadıxov Turan Tovuzdan ayrılmaq istəyi

Futbol
Bu gün, 12:52

Realın ulduzu Mbappə Çempionlar Liqasında Fransız futbol tarixini yenidən yazdı

Güləş
Bu gün, 12:49

Qol güləşi üzrə ilk Dünya Komanda Çempionatı Bakıda keçiriləcək

Güləş
Bu gün, 12:40

Azərbaycan Güləş Federasiyasının baş katibi elmi-praktik konfransda çıxış edib

Futbol
Bu gün, 12:40

Sabah müdafiəçisi Timoteuş Puxaç Barselona qolkiperi Voysex Şesnı ilə görüşdü

Futbol
Bu gün, 12:29

"L'Équipe" Sabah futbolçusu Stiv Solvet haqqında yazdı: "Məğlub olsam, azarkeşlərlə sağollaşıb gedəcəyəm"

Oxşar xəbərlər