top
Arif Əsədov: Sabah Barselona qarşısında öz oyununu sərgiləməlidir Futbolinfo.az
Bu gün, 14:18
- ↺ +

Arif Əsədov: "Sabah" "Barselona" qarşısında öz oyununu sərgiləməlidir

"Futbolda sürprizlər həmişə olub və bundan sonra da olacaq. Düzdür, "Barselona" kimi rəqibə qarşı bunu gözləmək çətindir, lakin futbolda hər şey mümkündür. Ümid edək ki, "Sabah" sürprizə imza ataraq ən azı bir xal qazanacaq. Bununla belə, nəticə əsas məsələ deyil. Əsas olan "Sabah"ın yaxşı oyun nümayiş etdirməsidir". Bu sözləri futbolinfo.az saytına açıqlamasında Arif Əsədov deyib.

Təcrübəli mütəxəssis "Barselona" kimi dünya nəhənginin Azərbaycana səfərinin ölkə futbolu üçün əhəmiyyətindən danışıb: "Belə komandaların ölkəmizə gəlməsi futbol ictimaiyyəti üçün böyük hadisə, əsl futbol bayramıdır. "Barselona" haqqında çox danışmağa ehtiyac yoxdur. Artıq hər kəs bu komandanın oyun üslubunu, futbolçularının səviyyəsini və keyfiyyətini yaxşı bilir. Bu cür rəqibin Azərbaycana gəlməsi "Sabah"ın inkişafı və motivasiyası baxımından da böyük stimul olacaq. Belə komandalarla qarşılaşmaq hər klubun arzusudur. Burada nəticədən daha çox yaxşı oyun nümayiş etdirmək və öz gücünü bir daha sınamaq önəmlidir".

Əsədov "Sabah"ın "Barselona" ilə qarşılaşmada öz oyun üslubuna sadiq qalmalı olduğunu bildirib: "Barselona"nın özünəməxsus oyun üslubu var. "Sabah"ın da müəyyən oyun fəlsəfəsi formalaşıb. Komandanın öz oyun prinsipindən geri çəkildiyini çox görməmişik. Qarşılaşmanın gedişində müəyyən epizodlarda taktiki dəyişikliklər edə bilər, lakin ümumilikdə hücum futboluna üstünlük verir və sürətli əks-hücumlar qurmağı bacarır. Hesab edirəm ki, "Sabah" öz oyununu sərgiləməlidir. Rəqibin "Barselona" olması komandanı oyun üslubundan imtina etməyə məcbur etməməlidir. Nəticənin də əsas prioritet olmadığını nəzərə alsaq, bu qarşılaşma "Sabah" üçün öz oyununu sınamaq, güclü rəqib fonunda çatışmazlıqlarını və üstün cəhətlərini görmək baxımından yaxşı fürsətdir.

Belə oyunlar həm klub, həm komanda, həm də ayrı-ayrı futbolçular üçün əhəmiyyətlidir. Bir çox oyunçu bu səviyyəli rəqiblərə qarşı mübarizə aparmaq təcrübəsinə malikdir. Buna görə də bu qarşılaşma hər bir futbolçu üçün özünü yaxşı tərəfdən göstərmək baxımından əlavə motivasiya olacaq".

Mütəxəssis qarşılaşmanın beynəlxalq miqyasda "Sabah"ın tanınmasına da töhfə verəcəyini vurğulayıb: "Demək olar ki, bütün dünya bu oyunu izləyəcək. "Barselona"nın keçirdiyi qarşılaşmalar daim böyük maraqla qarşılanır və futbol ictimaiyyətinin diqqətini çəkir. Bu baxımdan görüş "Sabah"ın beynəlxalq miqyasda tanınması və populyarlaşması üçün də yaxşı fürsətdir. Mənim üçün əsas maraq doğuran məqam "Sabah"ın öz oyun üslubunu qoruyub saxlaya bilməsidir. Xüsusilə komandanın əks-hücumları yaxşı alınır. "Barselona" isə açıq futbola üstünlük verən, daim hücumda oynamağa çalışan komandadır. Müdafiəni əsasən mərkəz zonada qurur və topu itirdikdən sonra rəqibə dərhal təzyiq göstərməyə çalışırlar. Təmsilçimiz bu pressinqdən çıxsa, yaxşı əks-hücumlar təşkil edə bilər. Hesab edirəm ki, qarşılaşmanın həlledici məqamları da məhz bu epizodlarla bağlı olacaq. "Sabah"ın qarşısına çıxacaq qol imkanlarından maksimum yararlanması vacibdir. Çünki "Barselona" kimi rəqibə qarşı çoxsaylı qol fürsətləri yaratmaq çətindir. Buna görə də əldə olunan imkanları səmərəli dəyərləndirmək lazımdır".

GÜNAY SÜLEYMANOVA

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 14:29

"Araz-Naxçıvan"da hakimlik qaydaları ilə bağlı seminar keçirildi

Futbol
Bu gün, 14:26

"Səbail" klubunun dəvəti ilə alman mütəxəssisləri Qubadakı stadionun ot örtüyünü və drenaj sistemini qiymətləndirib

Futbol
Bu gün, 14:20

Qvardiola 18 illik fasiləyə ehtiyac olduğu üçün İtaliya millisinin təklifini rədd edib

Futbol
Bu gün, 14:15

Pep Qvardiola İtaliya millisini çalışdırmaq təklifini fasiləyə ehtiyacı olduğunu bildirərək rədd edib

Qarabağ FK
Bu gün, 14:14

Barselona ulduzlarının Bakı izləri: Kim qol vurdu, kim qalib qöymədi - Sabah-Barselona matçı öncəsi İDMAN.BİZ-in təhlili

Futbol
Bu gün, 14:10

Manuel Noyer Braziliyadan Münhenə yeni sevgilisi ilə qayıdıb

Futbol
Bu gün, 14:05

PSJ zədələnmiş oyunçular səbəbindən "Vilyarreal"ın yarımmüdafiəçisi Alberto Moleyronu qış transferində heyətinə qatmaq istəyir;

Futbol
Bu gün, 14:03

“Sabah” – “Barselona” matçına gələnlər üçün gediş haqqı 1 qəpik olacaq

Futbol
Bu gün, 14:00

Gəncəbasarın qapıçısı: Bir qol istədiyimiz nəticə deyil

Futbol
Bu gün, 14:00

Polşalı klublar Rüfət Abbasova 3 illik müqavilə təklifi etdi

Futbol
Bu gün, 13:59

Pep Qvardiola İtaliya millisinin təklifini rədd etməsindən utanır, amma gələcəkdə milli komanda baş məşqçiliyi üçün hazırdır

Futbol
Bu gün, 13:40

Barselona klubunun prezidenti Bakıda əyləndi - VİDEO

Futbol
Bu gün, 13:34

Litvaniyanın xarici işlər naziri Budris: Bu gün “Sabah”–“Barselona” matçını Bakıda izləyəcəyəm

Qarabağ FK
Bu gün, 13:26

“Qarabağ–Sumqayıt” oyununun biletləri 3 manata

Minifutbol
Bu gün, 13:23

Azərbaycan Kubokunun 1/8 final mərhələsinin rəqəmlərlə icmalı

Futbol
Bu gün, 13:14

Tottenhem" akademiyasının yetirməsi Luka Uilyams-Barnett ilə yeni müqavilə imzalayıb;

Qarabağ FK
Bu gün, 13:14

Ukrayna klubları "Qarabağ"ın futbolçusu Aleksey Kaşukun maaş şərtlərini qarşılamaqdaca gücsüzdür

Futbol
Bu gün, 13:08

Vinisius Junior PSV-yə qarşı "Real" forması ilə ÇL-də 35-ci qolunu vurub və Puşkaşın rekorduna çatıb;

Boks
Bu gün, 13:00

Avropa Boks Federasiyası Nazarovun final qələbəsini qiymətləndirdi

Futbol
Bu gün, 13:00

Milli futbolçu Rəhim Sadıxov Turan Tovuzdan ayrılmaq istəyi

Futbol
Bu gün, 12:52

Realın ulduzu Mbappə Çempionlar Liqasında Fransız futbol tarixini yenidən yazdı

Güləş
Bu gün, 12:49

Qol güləşi üzrə ilk Dünya Komanda Çempionatı Bakıda keçiriləcək

Güləş
Bu gün, 12:40

Azərbaycan Güləş Federasiyasının baş katibi elmi-praktik konfransda çıxış edib

Oxşar xəbərlər