top
Pezu Vaşku Avropa çempionatında qələbəsi və azərbaycanlı rəqibləri haqqında danışdı Idman.biz
12 aprel 2026, 19:23
- ↺ +

Pezu Vaşku Avropa çempionatında qələbəsi və azərbaycanlı rəqibləri haqqında danışdı

Avropa çempionatında qalib gələn portuqaliyalı tamblinqçi Pezu Vaşku doğma meydanda "qızıl" medal qazanmağın necə bir hiss olması barədə təəssüratlarını bölüşüb.

"Qələbəni heç gözləmirdim. Buraya hazırlıqlı gəlmişdim, lakin qalib gələcəyimi, xüsusən də bu kombinasiyalarla heç vaxt düşünməmişdim. Bu, mənim arzuladığım proqramdır və əgər bununla qalib gəlməsəydim, hər şey fərqli olardı", - deyə o, final başa çatdıqdan sonra İdman.Biz-ə müsahibəsində bildirib.

Vaşku bu medalı 2024-cü ildə yenə Portuqaliyada keçirilən Avropa çempionatında finala yüksəlsə də, yeddinci yeri tutmasından sonra "əla revanş" adlandırır:

"Bu, gerçəkləşən bir arzudur, xüsusən də hər şeyin evdə, 2024-cü ildən sonra ikinci dəfə baş verməsinə görə. O vaxt mən finalist idim, lakin alınmadı. İndi bu, revanş kimi hiss olunur, həm də necə möhtəşəm bir revanş.

Avropa çempionatında Portuqaliya himnini eşitmək, xüsusən də Portuqaliya bayrağını fəxri kürsünün ən zirvəsinə qaldırdığım zaman… Bu, xüsusi hissdir. Bunu təsvir edə bilmirəm".

O, həmçinin bu Avropa çempionatının digər finalistləri - Azərbaycan idmançıları Tofiq Əliyev və Mixail Malkin haqqında da fikirlərini bildirib:

"Hər ikisinin fəxri kürsüdə olacağını gözləyirdim. Tofiq və Malkin mənim əsas rəqiblərim idi. Onlarla yarışmağın asan olmayacağını anlayırdım, çünki onlar həqiqətən çox güclüdürlər. Nə baş verməsindən asılı olmayaraq, onlar bu idman növündə böyük adlar olaraq qalırlar".

Vaşku əlavə edib ki, Azərbaycan atletləri ilə dostluq münasibətləri var, lakin yarış zamanı şəxsi hissləri bir kənara qoymaq lazım gəlir:

"Biz hamımız dostuq, münasibətlərimiz yaxşıdır. Onlar əla uşaqlardır, lakin yarış zamanı rəqibik. Ona görə də münasibətlərimizdən asılı olmayaraq, strateji hərəkət etmək lazımdır".

Xatırladaq ki, Tofiq Əliyev fərdi yarışlarda Avropa çempionatının gümüş mükafatçısı olub, Mixail Malkin isə dördüncü yerdə qərarlaşıb. Hər iki idmançı komanda hesabında "gümüş" qazanıblar.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 07:03

“Mançester Yunayted” “Liverpul”la oyundan sonra hakim qərarına etiraz edir

Futbol
Bu gün, 06:13

“Bavariya”da Musiala qalmaqalı böyüyür: gizli görüşün detalları üzə çıxdı

Futbol
Bu gün, 05:07

Unai Emeri Qalatasaray’ın ən təhlükəli tərəfini açıqladı

Futbol
Bu gün, 04:14

Barselona futbolçusu Mirza Çatoviç əməliyyat olacaq

Futbol
Bu gün, 03:12

Vinisiusun PSJ-yə transferi ilə bağlı gözlənilməz açıqlama

Futbol
Bu gün, 02:40

Timoteuş Puxaç: Oyun çıxmadığı üçün kədərlidir, amma həvəsini itirməyəcək

Futbol
Bu gün, 02:29

Qalatasaray azarkeşi şir maskasında qaçan şir axtarışına qoşuldu

Qarabağ FK
Bu gün, 02:20

Qurban Qurbanov Emin Mahmudovun 10 illik milli komandadakı sabit oyununu və gedişini necə qiymətləndirir?

Futbol
Bu gün, 02:10

Brentford Evertonu dörd qol və qırmızı kartla məğlub etdi

Futbol
Bu gün, 02:03

Levante 1-1 dərəcəli Elçəyə qarşı məğlubiyyətdən xilas oldu

Futbol
Bu gün, 01:47

Varela'nın iki qoluyla Monza çempionatın ardıcıl məğlubiyyətlərinə son verdi

Futbol
Bu gün, 01:32

Çempionlar Liqasında "Sabah" – "Barselona" matçı: Flik Yamalın yoxluğu ilə, "Sabah" Kanselonun zəifliyi ilə üzləşir

Futbol
Bu gün, 01:25

Cırtdanlar arasında futbol dünya çempionatında Mərakeş-Kolumbiya görüşündə dava baş verdi

Futbol
Bu gün, 01:20

PSJ Safonovu yeni müqavilə ilə məvacibini artırmağa hazırdır

Futbol
Bu gün, 01:18

Tebas: “Hakimlərə ən böyük təzyiqi “Real” Madrid edir”

Futbol
Bu gün, 01:05

"Qalatasaray" "Aston Villa"ya, "Arsenal" Borussiya Dortmund" qarşı - YENİLƏNİR

Futbol
Bu gün, 01:01

De Bruyne keçmiş komandasına qarşı oyundan danışdı: “Mareskanı yaxşı tanıyıram”

Futbol
Bu gün, 00:45

Aston Villa, Qalatasarayla oyundan əvvəl məşqə çıxmayacaq: Səbəb ot örtüyünün pis vəziyyəti

Qarabağ FK
Bu gün, 00:42

“Qarabağ” Qazaxıstan klubundan əvvəlki məğlubiyyətin əvəzini çıxdı - FOTO

Formula 1
Bu gün, 00:31

Ferstappen Formula-1-dəki texniki reqlament problemlərinin 2030-cu ilə qədər davam edəcəyi proqnozunu verdi

Futbol
Bu gün, 00:22

İlin ən yaxşı gənc oyunçusu oldu

Voleybol
Bu gün, 00:12

“Turan”la oyun öncəsi “Skandiççi”də itki təhlükəsi

Futbol
Bu gün, 00:10

Juventus bosniyalı vingeri Alaybeqoviç üçün 40 milyon avro təklif edə bilər

Futbol
Bu gün, 00:00

Liverpul

Oxşar xəbərlər