Rusiyanın olimpiya çempionu Olqa Karasyova vəfat edib.
"Report" xəbər verir ki, bu barədə Rusiya Gimnastika Federasiyasının mətbuat xidməti məlumat yayıb.
İdman gimnastı 76 yaşında ölüb.
Qeyd edək ki, O.Karasyova 1968-ci ildə Meksikada təşkil olunan Yay Olimpiya Oyunlarının qalibi olub. Bundan əlavə, o, dünya və Avropa çempionu titulunu da qazanıb.